• USD 1,7000 0,00% EUR 1,8842 -0,53%
    • GBP 2,1060 -0,58% RUB 0,0214 -0,47%

Türk ordusu Suriyada heç kimin edə bilmədiyini etdi - Müharibə tarixini dəyişdirən HÜCUM

Türk ordusu Suriyada heç kimin edə bilmədiyini etdi - Müharibə tarixini dəyişdirən HÜCUM

Türkiyənin Suriyada Əsəd rejiminə qarşı əməliyyatları davam edir.

Publika.az
xəbər verir ki, ekspertlər rejim qüvvələrinə ağır zərbələr endirən türk ordusunun müharibə tarixini dəyişdirdiyini deyirlər.

SETA-nın strateji analitiki Can Acun bildirib ki, Türkiyə ordusunun pilotsuz təyyarələrlə Rusiya istehsalı olan “Pansir-S1” özüyeriyən zenit-raket sistemini hərəkət vəziyyətində məhv etməsi müharibə tarixinə keçən bir ilkdir: “Bu sistemlərin biri 17 milyon dollardır. Daha əvvəl “Pansir-S1” sistemini təkcə İsrail vurmuşdu. İsrail F-16, F-35 kimi döyüş təyyarələri ilə Şama hücum zamanı bu sistemi sıradan çıxardı, lakin raket sistemi onda bağlı vəziyyətdə idi. Bu sistemləri işlədiyi vaxt vurmaq heç vaxt mümkün olmayıb. Türkiyə isə SİHA-larla (Silahlı Pilotsuz Uçuş Aparatı) bu sistemləri işlədiyi halda məhv etməklə müharibə tarixində ilkə imza atdı. Bu, Türkiyənin elektron hərbi metodlardan uğurla istifadə edə bilməsidir. Qısa zamanda Əsəd rejiminin helikopterlərini, hərbi hava bazasını, kimyəvi silah istehsal edən obyektlərini, eləcə də müdafiə sistemlərini nöqtə atışları ilə sıradan çıxarmaqla dünyaya mesaj verdi. S-200-lərlə müdafiə olunan Kuveyris hərbi hava bazasında Əsəd rejiminin çoxsaylı döyüş təyyarələri və aviasiya qurğuları var idi. Türkiyə nöqtə atışı ilə bu bazanı havaya uçurdu. Əməliyyatlarda Əsədin üç yüksək vəzifəli generalı da məhv edildi”.


Pansir-S1

Müdafiə sənayesi üzrə mütəxəssis Yusif Akbaba qeyd edib ki, Suriyadakı əməliyyatlar dünyada türk dronlarının dövrünün başladığını göstərir.

“İki başlıqlı raketlərlə təchiz edilmiş MAM-L silahları kiçik ölçülərinə baxmayaraq, tank və zirehli texnikaları məhv etdi. 120 kilometr mənzili olan Qasırğa K+ raket sistemləri isə silah-sursat depolarını və həbi hava bazanı sıradan çıxardı. “Bayraktar TB-2” SİHA-ların “Pansir – S1” sistemini işlədiyi vəziyyətdə məhv etməsi artıq dünyada türk dronlarının dövrünün başladığını göstərir. SİHA-lar sayəsində insan itkisi olmadan hərbi gücümüzü artırması eyni zamanda Şərqi Aralıq dənizində Türkiyəyə güc göstərməyə çalışan ölkələrə ciddi mesajdır”, - Akbaba bildirib.

Bayraktar TB-2

Müdafiə sənayesi üzrə digər mütəxəssis Turan Oğur isə Türkiyənin elektron hərb sistemlərində çox inkişaf etdiyinə diqqət çəkib.

“MİLKAR, KOREL və REDET sistemləri ilə düşməni kor və kar edə bilirik. Bu sistemləri dünyada yalnız 4 ölkə istifadə edə bilir: ABŞ, İsrail. Çin və Rusiya. İdlibdə adi hava hücumundan müdafiə sistemlərinin belə vura biləcəyi SİHA-larla “Pansir-S1” raket sistemini işlədiyi vəziyyətdə vurduğumuzu gördük. Əslində “Pansir-S1” SİHA-larla asanlıqla vura bilərdi. Lakin görünən budur ki, Türkiyə elektron hərb sistemlərini uğurla istifadə edə bilən beşinci ölkəyə çevrilib”, - T.Oğuz qeyd edib.

Asif


Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR