Xalqın Azərbaycan Prezidentinə inamı çox dərindir - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

Xalqın Azərbaycan Prezidentinə inamı çox dərindir - Hikmət Babaoğlu

"Azərbaycanın inkişafı daim ölkə başçısının diqqət mərkəzindədir".

Bu sözləri Publika.az-a açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Baş redaktor qeyd edib ki, Prezident İlham Əliyevin qərb zonasına səfəri, əhali ilə birbaşa ünsiyyətdə olması, onların problemlərini dinləməsi bir daha regionlarımızın inkişafı, əhalinin sosial rifahının təmin olunmasının diqqət mərkəzində olmasından xəbər verir: "Biz ölkə başçısını cəbhə xəttində, ön cəbhədə görməyə alışmışıq. Dünyada koronavirusa qarşı mübarizə aparıldığı vaxtda bir sıra ölkələrin liderləri nəinki kütləvi görüşləri məhdudlaşdırır, hətta ünsiyyətdən qaçır. Ancaq belə bir vaxtda Azərbaycan Prezidenti birbaşa öz xalqı ilə ünsiyyətdə olur, onların problemlərini dinləyir. Yeni müəssisələrin, tibb mərkəzlərinin açılışında iştirak edir. Bu da onun göstəricisidir ki, ölkə başçısı daim öz xalqının yanındadır. İlham Əliyev inamla kütləvi tədbirlərdə olmaqla xalqla ünsiyyət qurur. Bu da xalqla Prezident birliyinin nümayişidir. Eyni zamanda xalq tərəfindən ölkə başçısının siyasətinin dəstəklənməsinin göstəricisidir. Xalqın Azərbaycan Prezidentinə inamı çox dərindir".

H.Babaoğlu vurğulayıb ki, ölkədə koronavirus təhlükəsinə qarşı bütün tədbirlər görülüb: "Prezident İlham Əliyev Goranboyda xəstəxananın açılışında çıxış edərkən ölkə büdcəsindən koronavirusla mübarizə aparmaq üçün vəsaitin ayrıldığını qeyd etdi. Əlavə etdi ki, yeni tip virusun Azərbaycanda yarada biləcəyi təhlükənin minimuma endirilməsi ilə bağlı bütün önləyici tədbirlər həyata keçirilir. Cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Mümkün təsirlərə qarşı ciddi məbləğdə vəsait ayrılıb ki, bu da ehtimal olunan təhlükənin qarşısının alınması üçün müvafiq istiqamətlərdə xərclənəcək. Azərbaycanda hər hansı təhdidə qarşı təhlükənin sovuşdurulması ilə bağlı daima tədbirlər görülür. Vətəndaşlar da şübhəsiz ki, özlərini təhlükəsizlikdə hiss edir".

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm