Nida Təhlil
Yeni parlament uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq - Əli Əhmədov
Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq etdi. Seçkilərdə uğur qazanıb Milli Məclisə seçilən bütün millət vəkillərini təbrik edirəm. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 nümayəndəsinin parlamentdə təmsil olunması hüququ qazanması hər şeydən əvvəl seçicilərin Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir.
Publika.az xəbər verir ki, bu fikirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədovun özünün rəsmi Feysbuk səhifəsində bu gün Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin nəticələrini təsdiq etməsi barədə qərarı ilə bağlı paylaşımında yer alıb.
Əli Əhmədov qeyd edib ki, Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur: "İnanıram ki, artıq yeni tərkibdə fəaliyyətə başlayacaq parlament ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq.
Parlament seçkilərinin qeyd edilməli digər nəticəsi “boykotçuların” ağır məğlubiyyətə uğraması hesab oluna bilər. Radikalların xalqdan heç bir dəstək ala bilməməsi cəmiyyətimizdə radikalizmə yer olmadığını bir daha təsdiq etdi. Bu günlərdə fəaliyyətə başlayacaq Milli Məclisə Azərbaycanın inkişafı və yüksəlişi naminə böyük uğurlar arzulayıram”.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO