“Ölkə başçısı məmurlar qarşısında dəqiq hədəflər qoyub” – Tural İsmayılov
Bizi izləyin

Nida Təhlil

“Ölkə başçısı məmurlar qarşısında dəqiq hədəflər qoyub” – Tural İsmayılov

İsmayıllı və Neftçalaraya yeni icra başçıları təyin olunub. Yeni başçıları qəbul edən ölkə başçısı onlar qarşısında dəqiq hədəflər qoyub.

Bununla bağlı fikirlərini Publika.az-a bölüşən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, korrupsiyaya qurşanan bütün məmurlar cəzasını alır və alacaq: “Ölkədə ötən ildən başlanan sosial və kadr islahatları davam edir. İcra hakimiyyətlərində həyata keçirilən islahatlar son sürət davam edir. Həmçinin, bu islahatlar qanunverici orqana növbədənkənar seçkilərlə müşayiət olundu və məhkəmə-hüquq islahatları ilə paralel aparılır. Ölkə başçısı yeni düşüncəli, istedadlı gəncləri vəzifələrə təyin edir, onların qarşısında dəqiq hədəflər qoyur. Məhz dünən yeni icra başçılarıyla görüşdə cənab Prezident dövlətin gənclərdən gözləntisini də bir daha aydın şəkildə izah etdi. Artıq icra başçıları tam yeni zehniyyətlə fəaliyyət göstərməlidir. Onlar yalnız regionun sosial imkanalrını genişləndirməməli, investisiya cəlbetmə mexanizmlərini də mənimsəməlidirlər. Bütün bunların fonunda icra başçıları həm də menecerlik qabiliyyətləri yüksək olan savadlı kadrlar kimi özlərini göstərməlidirlər. Ölkə başçısı bütün bunları nəzərə alaraq karyerasında uğurlar əldə edən istedadlı və bacarıqlı gəncləri icra başçısı təyin edir.”

Politoloq vurğulayıb ki, korrupsiyaya qurşanan icra başçıları cəzalandırılır, onların yerinə keçmişi təmiz, qabiliyyətli və bacarıqlı gənclər rəhbər postlara təyin olunur: “Cənab Prezidentin iradəsi nəticəsində ölkədə kadr islahatları davam edir. Asan Xidmət mərkəzləri çoxalır, 18-ci Asan Xidmət mərkəzi açıldı. Növbəti illərdə mərkəzlərin sayının 27-yə çatacağı bildirilir. Asan Xidmətdəki şəffaflıq və müasirlik elementləri idarəetmənin digər sahələrinə də sirayət edir. Ölkə başçısı bir daha vurğuladı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır. Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. O, bildirdi ki, kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. “Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək.” Dövlət başçısı bu tip məmurların hamısı qarşısında öz tələblərini bir daha aydın şəkildə səsləndirdi.”

Politoloq vurğulayıb ki, bütün məmurlar ölkə başçısından örnək almalı, xalqın sevgisini qazanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm