İlham Əliyev atdığı addımlarla məmurlara demək istəyir ki... - Rasim Balayev
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev atdığı addımlarla məmurlara demək istəyir ki... - Rasim Balayev

“Prezident atdığı addımlarla məmurlara demək istəyir ki, işinizi düzgün təşkil edin, insanların ehtiyaclarını ödəyin, yerlərdə vətəndaşları hökumətə qarşı narazı salmayın”.

Bunu Publika.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Xalq artisti ölkə başçısının yeni icra başçısına iradı haqqında bunları deyib: “Prezident icra başçısına irad bildirməklə milli-mənəvi dəyərimiz olan böyüklərə hörmət amilini ön plana çəkdi. Yazılmamış qanunlar var. İlham Əliyevin bu hərəkəti bir növ gənclərə örnək olmalıdır. Tərbiyəvi əhəmiyyət kəsb edən bir nüansdır. Ölkə başçısı mühüm dəyərlərimizin unudulmaması üçün həmin iradı bildirdi”.

Rasim Balayev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında Prezidentin xüsusi kreslonun adi stulla əvəz edilməsini istəməsinin sadəlik nümunəsi olduğunu bildirib: “Bu nümunə təbii halda ortaya çıxdı. Cənab Prezident həmin hərəkəti ilə demək istəyir ki, mənə hörmət etmək istəyirsinizsə, işinizlə ön plana keçin. Bər-bəzəkli, ya da böyük kreslonu qoymaqla mənə hörmət bəsləmiş sayılmırsınız. Yəni işinizi düzgün təşkil edin, xalqla doğru davranın, insanların ehtiyaclarını ödəyin, yerlərdə vətəndaşları hökumətə qarşı narazı salmayın. Hər kəs öz işini səliqəli görsün, şikayətlər gəlməsin və s. Ümumən İlham Əliyevin bu hərəkəti birbaşa sadəliyinə dəlalət edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm