Bu, İlham Əliyevin müdrikliyidir - Afaq Bəşirqızı
Bizi izləyin

Nida Təhlil

Bu, İlham Əliyevin müdrikliyidir - Afaq Bəşirqızı

“Prezidentin xalqın rifahı naminə gördüyü işlər çox əhəmiyyətlidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.

Xalq artisti bildirib ki, ölkə başçısının fəaliyyəti digər liderlərə də nümunə ola bilər: “Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçısına iradının arxasında bir neçə məqam dayanır. Yəni ilk növbədə bütün dünya və xalqımıza şamil olunan ehtiram, hörmət, öz yerini bilmək. İkinci sənin qabiliyyətinin, ətrafa olan münasibətinin kənardan qiymətləndirilməsi. Bu, elə bir mesaj oldu ki, düşünürəm hər kəsə örnək olmalıdır. Hər cür çatışmazlığın cavabını məhz Prezident özü verir. Bu, İlham Əliyevin müdrikliyidir. Ölkə başçısı Münhen debatında Paşinyan üzərində qəti qələbə qazandı. Hörmətli Prezidenti alqışlayıram və demək istəyirəm ki, Azərbaycan dövlətçiliyi və xalqın rifahı naminə onun yanındayam. İlham Əliyevlə fəxr edirəm”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm