Vətəndaşlar məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılayır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Vətəndaşlar məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılayır - ŞƏRH

Koronavirusla mübarizə ilə bağlı operativ qərargahın həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının milli təhlükəsizliyi və digər maraqları ilə tamamilə uyğundur.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, ölkəmizdə həyata keçirilən tədbirlər dünyanın başqa ölkələri ilə müqayisədə öz miqyasına və səmərəsinə görə üstündür: “Heç təsadüfi deyil ki, bunların nəticəsi olaraq ölkəmiz koronavirusla mübarizə göstəricilərinə görə dünya ölkələrindən mütləq şəkildə ön sıralarda dayanır və üstündür. Bu tədbirlər müddətinin və miqyasının müəyyən olunması da milli təhlükəsizlik maraqlarına uyğundur. Onun miqyasının və müddətinin ən optimal variantlarını müəyyənləşdirmək sözsüz ki, dövlət orqanlarının və ilk növbədə operativ qərargahın işidir”.

A.Quliyev qeyd edib ki, aprelin sonunadək olan məhdudlaşdırıcı tədbirlər nə qədər çətin olsa da, Azərbaycan vətəndaşları tərəfindən tam anlayışla qarşılanır: “Çox yaxşı haldır ki, vətəndaşlarımız bu tədbirlərin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu lazımi qədər dərk edir və ona dəstək verir. Eyni zamanda hər bir kəs bilməlidir ki, bu tədbirlərin icrasına maneçilik törətməmək və yanlış xəbərlərin daşıyıcısı olmamaq lazımdır. Həmin tələblərə uyğun addımlar atmamaq, onlara mane olmaq hüquqi məsuliyyət daşıyır. Ona görə də yanlış xəbərlərin yayılmasında iştirak etməmək, onların daşıyıcısı olmamaq hər bir vətəndaşın həm özünü müdafiə tədbiridir, həm də operativ qərargahın müəyyən etdiyi tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün son dərəcə vacibdir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm