Önləyici tədbirlərin nəticəsi göz qabağındadır - Deputat
Bizi izləyin

Nida Təhlil

Önləyici tədbirlərin nəticəsi göz qabağındadır - Deputat

Azərbaycan dünyada bu epidemiyanın təsirinə ən az məruz qalan ölkələrdən biridir.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, koronavirusun pandemiya halını alması və bütün dünyada yayılması Azərbaycanda da insanların səhhəti ilə bağlı təhlükə yaradıb: “Ona görə də Azərbaycanda virusun yayılmasından başlayaraq bu günə qədər çox ciddi önləyici tədbirlər həyata keçirildi və nəticə göz qabağındadır. Azərbaycan dünyada bu epidemiyanın hücumuna ən az məruz qalan ölkələrdən biridir. Bu da şübhəsiz ki, alınan önləyici tədbirlər nəticəsində mümkün olub. Ancaq bu epidemiya hələ də təhlükəlidir. Ona görə də hazırki mərhələdə hökumət daha ciddi tədbirlər alıb ki, bu da vətəndaşlarımızın marağına, onların sağlamlığına xidmət edir. Eyni zamanda onların icra olunması ilə bağlı Nazirlər Kabineti öz tövsiyələrini bildirir. Bütün bunlar şübhəsiz ki, maarifləndirmə xarakterli tədbirlərdir və maarifləndirmənin bundan sonrakı mərhələdə də artırılmasına xidmət edəcək”.

H.Babaoğlu qeyd edib ki, bəzi hallarda sosial mediada müəyyən informasiyalar manipulyasiya edilir: “Bütövlükdə isə Azərbaycanın siyasi sistemi və müxtəlif siyasi dünyagörüşə malik şəxslər hökumətin qəbul etdiyi qərarları olduqca doğru hesab edirlər. Bu da indiki mərhələdə olduqca vacibdir. Tarixi təcrübə də göstərir ki, ümummilli maraqlar təhdid olunan zaman Azərbaycan xalqı birləşməyi bacarır. Ümumi mənafeləri uğrunda səylərini səfərbər etməyin öhdəsindən gəlir. Hazırda əlbəttə ki, koronavirusla bağlı digər ölkələrlə müqayisədə Azərbaycanda ciddi təhlükə olmasa belə, məhz bu təhlükələrdən yayınmaq üçün hökumət tərəfindən müəyyən olunmuş tədbirlərin təqdir edilməsi nəticə etibarilə müsbət haldır və maraqlarımızın qorunmasına xidmət edir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm