Hər kəs Operativ Qərargahın təlimatlarına ciddi riayət etməlidir - Musa Qasımlı
Bizi izləyin

Nida Təhlil

Hər kəs Operativ Qərargahın təlimatlarına ciddi riayət etməlidir - Musa Qasımlı

Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yeni klinikanı istifadə üçün açmalarının, koronavirusa yoluxan xəstələrin burada müalicə almalarının təşkil edilməsinin və ölkə başçısının nitqinin bir neçə baxımdan əhəmiyyəti var.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev ilk növbədə ölkədə səhiyyə sisteminin daim təkmilləşdirildiyini, həm kadr, həm də avadanlıq sarıdan yaxşılaşdırıldığını, müasirləşdirildiyini vurğuladı və gələcəkdə də əlavə işlərin görülməsini bir vəzifə olaraq müəyyənləşdirdi: "İkincisi, koronavirus bəlasına qarşı Azərbaycan hakimiyyətinin dərhal çevik reaksiya verməsi və işin təşkil edilməsi rəhbərlərimizin idarəçilik bacarığının bir çox ölkələrdəkindən üstün olduğunu göstərdi. Üçüncüsü, dünya bazarlarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə baxmayaraq, bütün xərcləri dövlətin öz üzərinə götürməsi bir daha göstərir ki, cənab Prezidentin siyasətində başlıca yerdə Azərbaycan vətəndaşının maraqları dayanır.

Dördüncüsü, vətəndaşların ölkə başçısının çağırışına qoşularaq Koronavirusla Mübarizə Fonduna imkanları daxilində ianələr köçürmələri, dövlət qurumlarının istirahət mərkəzlərini, iş adamlarının isə hotellərini karantin üçün vermələri təkcə bu gün deyil, gələcək üçün də gözəl nümunə yaradıb. Beşincisi, tarixi təcrübə və müasir şərait bir daha göstərir ki, ölkəmizdə dövlət hakimiyyətinin güclü olması siyasi baxışlarının fərqliliyindən asılı olmayaq bütün vətəndaşların faydasınadır. Ona görə də bu dünyada fani olan biz əbədi olan müqəddəs dövlətimizin və uca millətimizin yanında daim olmalıyıq ki, bu bəladan az itki ilə çıxaq. Nəhayət, ayrı-ayrı şəxslər məsuliyyətli davranmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməlidirlər. Başa düşülməlidir ki, bir fərdin səhlənkar hərəkəti ağır milli fəlakətə gətirib çıxara bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm