• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Prezidentin bu addımı böyük humanizm nümunəsidir - ŞƏRH

Prezidentin bu addımı böyük humanizm nümunəsidir - ŞƏRH

İstər əfv edilmiş məhkumlar, istərsə də onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidir.

Bunu Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı haqqında danışarkən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ölkə başçısının bu addımı böyük humanizm nümunəsidir: “Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir. Cənab Prezident yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Məhkumların əfv edilməsi Ümummilli lider Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənələrin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-pezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib. Bu, sadəcə statistika deyil. Həmçinin o ailələrin sevinci deməkdir”.

H.Babaoğlu vurğulayıb ki, əfv sərəncamı həm də milli-mənəvi dəyərlərin tərənnümdür: “Əfv sərəncamı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı və bu gün də cəmiyyətimizdə milli birliyin, həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir. Bu da özlüyündə xüsusi qiymətləndirilməli olan bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlamlığı ciddi təhdid altına düşüb. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir. Onların xüsusi qayğıya və qorunmağa ehtiyacı olduqlarını bildirir.

Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür. Ancaq əlbəttə, bu addımın nə qədər vacib və humanist tərəfləri olsa da, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyil göstərmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər. Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə də onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidir. Çünki bütövlükdə Azərbaycan cəmiyyəti hadisəni haqlı olaraq belə də qiymətləndirir”.

Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR