Polad Bülbüloğlu azərbaycanlıların sərhəddəki aclıq xəbərini təkzib etdi
Bizi izləyin

Nida Təhlil

Polad Bülbüloğlu azərbaycanlıların sərhəddəki aclıq xəbərini təkzib etdi

Azərbaycanın Rusiyadakı Səfirliyi sərhəddə gərgin vəziyyətin aradan qaldırılması üçün Rusiyanın Xarici İşlər Nazirliyi və Dağıstanın regional hakimiyyəti ilə sıx əlaqə saxlayır.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “NEWS.ru”ya bildirib.

“Biz Dağıstan hakimiyyəti və Rusiya Xarici İşlər Nazirliyi ilə sıx əlaqədəyik, köməyə, vəziyyətin anlaşılmasına görə çox minnətdarıq və vəziyyəti nizama salmağa çalışırıq”, - Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, hal-hazırda sərhəddə ölkəyə qayıtmağa çalışan 200 Azərbaycan vətəndaşı var. Səfir qeyd edib ki, diplomatik missiyanın “Qaynar xətti”nə zəng edən hər kəsə sərhədin bağlanması haqqında xəbərdarlıq edilib və bildirilib ki, sərhəd aprelin 20-dən tez açılmaya bilər. Amma bu tarix də şübhə altındadır. Hər şey epidemiologiyanın vəziyyətindən asılı olacaq.

Səfir qeyd edib ki, bu gün sosial şəbəkələrdə və KİV-də insanların sərhədə getməməsi ilə bağlı müraciətlə çıxış edib. İnsanların orada Azərbaycan ərazisinə girişi gözləmək imkanları yoxdur.

Polad Bülbüloğlu vətəndaşlara sərhəddə toplaşmalarına görə xəstəliyə yoluxma riski haqqında da xəbərdarlıq edib.

Diplomatik missiyanın başçısı vurğulayıb ki, sərhəddəki azərbaycanlıların guya ac qalmaları barədə xəbərlər həqiqətə uyğun deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm