Nida Təhlil
“Ziyarətə hazırlaşanlara xüsusi müraciət etməyə ehtiyac yoxdur” - Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev professor Əjdər İsmayılov və deputat Sadiq Qurbanovun Həcc ziyarətinə gedənlərlə bağlı Şeyxülislama və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanova etdikləri müraciətə münasibətini açıqlayıb.
Publika.az xəbər verir ki, BAXCP sədri partiyanın mətbuat xidmətinin sorğusuna cavabında, müraciət edən hər iki şəxsə hörməti ifadə edib və eyni zamanda Həcc ziyarətinə gedənlərlə bağlı bir sıra mühüm mənəvi əhəmiyyət daşıyan məqamların nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bizim yaşa dolmuş elə inanclı vətəndaşlarımız var ki, onlar bir müsəlman olaraq mənəvi ehtiyaclarını təmin etmək üçün həyatları boyu vəsait toplayıblar və ən böyük arzuları nə vaxtsa Həccə gedib Kəbəni, peyğəmbərimizin qəbrini ziyarət etmək olub. Həyatlarının qürub çağını yaşayan bizim ahılların bu ehtiyacının nə qədər böyük olduğunu anlamaq üçün görünür dindar olmağa ehtiyac var. Onları bu arzularından məhrum etmək və hörmətli Şeyximizi bu işə qatmaq günah olardı. Azərbaycanda əhalinin ərzaq və gündəlik tələbat malları ilə təchizatı o dərəcədə acınacaqlı deyil ki, biz ağsaqqal və ağbirçəklərimizi seçim qarşısında qoyaq. Onsuz da xeyriyyəçiliklə bağlı ümumi müraciətlər edilir. Gələcəkdə bu ziyarəti gerçəkləşdirmək üçün səhhəti və imkanı yol verənlər bizsiz də bunu nəzərə alacaqlar. Bu baxımdan ziyarətə hazırlaşanlara xüsusi müraciət etməyə ehtiyac yoxdur”.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO