Razi Nurullayev: “Bu, radikal qüvvələrin işinə yarayır”
Bizi izləyin

Nida Təhlil

Razi Nurullayev: “Bu, radikal qüvvələrin işinə yarayır”

Əvvəlki çıxışlarımda da deputat statusu haqqında fikrimi bildirmişəm. Amma yenə demək istəyirəm ki, qanun nə qədər yaxşı olsa da, onun həyata keçirilməsində müəyyən problemlər var.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

R.Nurullayevin sözlərinə görə, bəzi fikirlər var ki, burada onu səsləndirməyə deputatlar çətinlik çəkir: “Ona görə də təklifləri sizə yazılı formada təqdim edirlər. Mən bu platformada öz fikirlərimi, tənqidlərimi deyə bilirəm. Hesab edirəm ki, mübarizə meydanlardan yığılmalıdır və sivil formaya çıxmalıdır. Burada bitərəf kimi təmsil olunuram, amma Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədriyəm. Bu ada Əli Kərimli də iddia edir. Koronavirus, neftin ucuzlaşması zamanında insanları narazı salmaq radikal qüvvələrin işinə yarayır. Hesab edirəm ki, o insanların narazılıqları aradan qaldırılmalıdır”.

R.Nurullayev dövlətin nəzərdə tutduğu yardımların hamıya şamil edilməli olduğunu deyib: “Hər bölgədə bələdiyyələr, icra orqanları var. Yoxsul əhalinin siyahısını onlar qısa zamanda hazırlaya bilərlər və o kəsim yardımlarını tez bir vaxta ala bilər. Hesab edirəm ki, hakimiyyət bu məsələni həll etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm