Azərbaycanın strategiyası koronavirusa qalib gəlir - FAKTLAR
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın strategiyası koronavirusa qalib gəlir - FAKTLAR

Azərbaycanın koronavirusa yoluxma halını minimallaşdırmaq üçün tətbiq etdiyi krantin strategiyasının Avropa ölkələrindəki vəziyyət fonunda nə qədər doğru addım olduğu hər keçən gün daha da təsdiqlənir. Xüsusilə İngiltərənin tətbiq etdiyi “ümumi immun strategiyası” böyük itkilərə səbəb oldu.

Virus yayılmağa başlayanda İngiltərə “ümumi immun strategiyası”na üstünlük verdi. Bu strategiyaya görə, 4 ay yaşı 70 və 70-dən çox olanlar karantinə alınır, hətta küçəyə çıxsalar, zorla evlərinə qapadılır, əhalinin 70 yaşdan az olan digər qismi karantinə alınmır, məktəblər, təhsil müəssisələri əvvəlki qaydada fəaliyyət göstərir. Məqsəd 70-dən az olan yaş qruplarının virusa yoluxmasına imkan verməkdir. İngilislər hesab edirdilər ki, koronavirus yayda yoxa çıxsa da, qışda yenidən mutasiya olunmuş formada geri qayıda bilər. Buna görə də yaşı 70-dən az olan, yəni immuniteti güclü olanların virusa yolxumasını və bundan sonra dərmanın tapılması strategiyasını tətbiq etdilər.

Nəticə faciəli oldu: 114 min yoluxma, 15 546 ölüm faktı. Bu rəqəmlər hər keçən gün daha da artır. Proqnozlara görə, yoluxma halı 300 minə qədər yüksələ bilər. İngiltərə hökuməti gec də olsa, bu strategiyadan imtina etdi, amma tənqidlərdən yaxa qurtara bilmir.

“The Times” qəzetinin bazar günü yayımlanan xüsusi buraxılışında (The Sunday Times) “İngiltərənin yatdığı yerdə fəlakətə getdiyi 38 gün” sərlövhəli məqalədə hökumət “fürsətləri qaçırmaqda” və “virusa laqeyd yanaşmaqda” itiham olunur.

Ölkə pandemiya ilə mübarizəyə hazır olmasa da, 5 həftə vaxt itirildi. Hökumətdəki mənbələr və həkimlər yanvar və fevral aylarında virusa qarşı heç nə edilmədiyini deyirlər. Səhiyyə Nazirliyinin adı açıqlanmayan yüksək səviyyəli məmuru bildirir ki, “lovğalığımız və kəmərləri sıxma tədbirlərimizə görə məhv olduq” deyir”, - qəzet yazır.

Adı açıqlanmayan rəsmi bildirir ki, həmişə pandemiya milli risk planlarında ilk sırada gəlirdi: “Amma bu gerçəkləşəndə sadəcə izlədik. Almaniya ola bilmədik”.

Hökumətdəki başqa bir mənbə isə qəzetə bildirib ki, koronavirus yayılanda yüksək rəsmilər öz aralarında “ümid edirik, epidemiya bizə gəlməz” kimi zarafatlar edirdi. Hətta baş nazir Boris Consunun pandemiya ilə bağlı 5 təcili toplantıya qatılmadığı da iddia olunur.

Hökumət isə Ümumdüya Səhiyyə Təşkilatının pandemiyaya qarşı bütün tövsiyələrinə əməl etdiklərini açıqlayır.

Amma mövcud reallıq bunun əksini iddia etməyə imkan verir”, - məqalədə bildirilir.

Qeyd olunur ki, tibbi masakalar və digər qoruyucu ləvazimatların təminatı üçün İngiltərəyə başqa ölkələr kömək edir. Bu ölkələrdən biri də Türkiyədir. Ötən həftə Türkiyə İngiltərəyə 250 min N95 maskası, əməliyyat maskası və tibbi önlük yardımı edib. İngiltərənin yerli icmalar və idarəetmə naziri Robert Cenrik bildirib ki, Türkiyədən yeni kömək gələcək: “84 tonluq quruyucu vasitə paketi gəlir. Onun içində 400 min tibbi önlük də var”.

Bu gün Türkiyə və Azərbayan koronavirusla mübarizədə ən yaxın əməkdaşlıq edən ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü bu əməkdaşlığı daha da gücləndirdi. Bu Zirvə görüşü digər türkdilli ölkələrə dəstək və təşkilatı təhlükəli perspektivlərdən qorumaq baxımından da önəmli addım idi. (İlham Əliyev Türk dünyasını koronavirusla mübarizədə birləşdirir - https://publika.az/news/nida_tehlil/310398.html).

Koronavirusla mübarizədə uğurlu addımlar atan Azərbaycan digər ölkələrə də dəstəyini əsirgəmir. Misal üçün, pandemiyanın ciddi iqtisadi zərbə vurduğu və defolt təhlükəsi ilə üzləşən Ukrayna Azərbaycandan kömək istəyib. Ukrayna Radasının Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryan Zabolotski bildirib ki, Azərbaycan bizdən dəstəyini əsirgəmədi.

Hakimiyyət nümayəndələri ilə görüşdə Prezident Zelenski dedi ki, Azərbaycan və Kanada ölkəyə kredit yardımı ayırmağa razılıq verən dövlətlərdir. Bakı 300 milyon dollar kredit verməyə razıdır. Bu məbləğ Azərbaycan üçün elə də böyük vəsait deyil. Bizə bu çətin dövrdə uzadılan hər yardım əli çox dəyərlidir”, – o bildirib.

Koronavirusla mübarizədə atılan addımlar Azərbaycanın kifayət qədər güclü ölkə olduğunu bir daha sübut edir. Ölkə vətəndaşlarının sosial ehtiyaclarını yetərincə qarşılayan və iqtisadi riskləri aradan qaldırmaq istiqamətində doğru addımlar atan Azərbaycan artıq digər ölkələrə də dəstək verir. (Vətəndaşın evinə qədər gələn dövlət dəstəyi - https://publika.az/news/nida_tehlil/311161.html).

Azərbaycanın virusla uğurlu mübarizəsinin ilk addımı da məhz karantin strategiyasının tətbiq edilməsi idi. Bunu həm epidemiyanın daha az insanın yoluxması və itkilər, həm də digər ölkələrin tətbiq etdiyi fərqli strategiyaların acı nəticələri sübut edir.

İngiltərənin artıq imtina etdiyi “ümumi immun strategiyası” İsveç və Hollandiyada hələ də tətbiq edilir. Məhz buna görə, İsveç qonşu Danimarka, Norveç və Finlandiyadan daha çətin vəziyyətdədir: İsveçdə virusdan ölənlərin sayı 1500-ə yaxınlaşır, Danimarkada bu rəqəm 364, Norveçdə 164, Finlandiyada isə 90-dır.

14 min 358 nəfərin virusa yoluxduğu İsveçdə gündəlik həyat davam edir. Restoranlar, kafelər, məktəblər və kilsələr açıqdır. 32 min insanın virusa yoluxduğu, 3 min 884 nəfərin öldüyü Hollandiyada da eyni vəziyyətdir.

ÜST də daxil olmaqla, tibbi üzrə mütəxəssislər bunun yanlış addım olduğunu, İngiltərə nümunəsinin ən real sübut olduğunu vurğulayırlar.

Bu faktlar Azərbaycanın “karantin strategiyası”nı niyə tətbiq etdiyini və vaxtının mayın 4-nə qədər niyə uzadılığını da anlamağa imkan verir. Hər şey vətəndaşın sağlamlığı üçündür, hətta karantin rejimi ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vursa belə, Prezident İlham Əliyevin bəyanat etdiyi kimi, “dövlət siyasətinin mərkəzində həmişə Azərbaycan vətəndaşı dayanır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm