Lavrovun bəyanatının SİRRİ: Moskvanın səbri tükənir, tezliklə Qarabağda...
Bizi izləyin

Nida Təhlil

Lavrovun bəyanatının SİRRİ: Moskvanın səbri tükənir, tezliklə Qarabağda...

“Ermənistan Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatını təkzib etmək cəhdləri siyasi kobudluqdur”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Paşinyanın komandası əvvəl də Rusiya ilə bağlı dözülməz davranışlar sərgiləyib: “O, daim yalan danışır, ABŞ və Avropa İttifaqına quyruq bulayır, ölkə daxilində siyasi opponentlərini, həmçinin, rusiyayönümlü siyasətçiləri təqib edir. Rusiyada yaşayan erməni diasporu indiyə qədər Paşinyan komandasına qarşı münasibətin sərtləşməməsinə səbəb olan amildir. Bu diaspor siyasi dairələrdə, biznesdə, mətbuatda və kriminal strukturlarda nüfuzludur. Amma diaspor nə qədər müdafiə edə biləcək?! Moskvanın səbri tükənir, bu da Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla ümumi münasibətdə sərt mövqenin sərgilənməsi ilə nəticələnə bilər. Lavrovun bəyanatı sübut edir ki, Paşinyan Moskvanı çox qıcıqlandırır və Ermənistan Xarici İşlər Nazirliyi təsadüfən Lavrova diş qıcamadı”.

Markov hesab edir ki, tezliklə danışıqlar atmosferi dəyişəcək və Ermənistan Qarabağ məsələsində geri çəkilməyə başlayacaq.

“Pandemiya və dünya iqtisadiyyatında yaranmış böhran Ermənistanı buna məcbur edəcək”, - o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm