Nida Təhlil
Təhsil sektoru inkişafa doğru yeni bir mərhələyə qədəm qoydu - Deputat
“Koronavirus pandemiyası dövründə ən çox sınaqdan keçmiş sahələrdən biri də təhsil sektoru oldu”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
Deputat bildirib ki, mart ayının 3-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması, təhsil sistemimizin qarşısında mühüm çağırışlar qoyub: “Bunlardan ən əsası şagird və tələbələrin tədris prosesinin davamiyyətini təmin etmək məqsədilə onlayn tədrisə keçidin reallaşdırılması idi. Bu yöndə karantinin ilk günlərindən etibarən Təhsil Nazirliyi tərəfindən operativ tədbirlər görülüb. Nəticədə “Virtual məktəb” və teledərs layihələri uğurla icra olunmaqdadır. Bu təşəbbüslərin uğurudur ki, 2 milyondan çox şagird təhsilini davam etdirir.
Eyni zamanda aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, 95 min tələbə onlayn platformalar üzərindən təhsil alır. Bu keçid prosesində cəlb olunmuş yeni texnologiyalar və insan resursları milli təhsil sistemində son illər ardıcıl şəkildə aparılmış islahatların bəhrəsidir”.
M.Əfəndiyev onlayn təhsilin mahiyyətini belə vurğulayıb: “Burada onlayn təhsilin digər bir üstün cəhəti olan təhsil formasının inklüzivliyinə diqqətinizi çəkmək istərdim. Daha aydın desək, tədris prosesinin onlayn əsaslar üzərində qurulması müxtəlif qruplar üçün təhsilin əlçatanlığını artıra bilər. Bu, xüsusilə, əlilliyi olan uşaq və gənclərə aiddir. Tədris prosesinin onlayn təşkil olunması bu qeyd etdiyim qrupa aid olan insanların ev şəraitində təhsil almaqlarına imkan yaradacaq. Düşünürəm ki, hazırkı vəziyyətdən öyrənəcəyimiz təcrübə gələcəkdə hər kəs üçün keyfiyyətli təhsilin və həyat boyu öyrənmək imkanlarının təminini hədəfləyən 4-cü Davamlı İnkişaf Məqsədinin milli səviyyədə reallaşmasına böyük təkan verəcəkdir.
Bütün bunları nəzərə alaraq qürurla vurğulamaq olar ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasında vaxtında verilmiş operativ qərarlar gənclərimizin təhlükəsizliyini təmin etməklə yanaşı onların təhsilə çıxış imkanlarını da qorudu”.
Məhərrəm Əliyev
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!