Korrupsiyaya qarşı mübarizədə ictimai qınaq mütləqdir - Deputat
Bizi izləyin

Nida Təhlil

Korrupsiyaya qarşı mübarizədə ictimai qınaq mütləqdir - Deputat

"Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir ".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur: "Azərbaycan Prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Son bir neçə ayda DTX tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq. Ancaq bu hələ məsələnin yalnız bir tərəfidir.

İnzibati metodlarla, yaxud yuxarıdan aşağı tətbiq edilən şaquli tədbirlərlə korrupsiya və rüşvətxorluğa qarşı qısa müddətdə arzu olunan nəticə əldə etmək bir qədər çətindir. Mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı bu məsələyə toxunaraq, ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır. Burada məqsəd korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi, ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq ən səmərəli çəkindirici vasitələrdən biridir. Belə olduğu təqdirdə, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm