Azərbaycan regionun təkcə ciddi iqtisadi lideri yox, həm də önəmli siyasi oyunçusudur -  ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycan regionun təkcə ciddi iqtisadi lideri yox, həm də önəmli siyasi oyunçusudur -  ŞƏRH

"Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən Zirvə görüşü Azərbaycanın ölkələrarası körpü salmaq, dünya miqyasında kommunikativ əlaqələri canlandırmaq və inkişaf etdirmək baxımından oynadığı rolun əhəmiyyətini göstərir".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Deputat videokonfrans vasitəsilə həyata keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşünü belə təhlil edib:

"Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının praktikasında ilk dəfə idi ki, videokonfrans şəklində Zirvə toplantısı keçirildi. Videonkonfransın ciddi hazırlandığını deyə bilərik. Videokonfransda təkcə Qoşulmama Hərəkatının təmas qrupu deyil, həm BMT-nin, həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də Avropa İttifaqının sədrləri qatıldı. Bu, bir daha təsdiq edir kİ, İlham Əliyev nə qədər vaxtında və yerində təşəbbüs göstərib. Videokonfransda ölkə Prezidenti pandemiyaya qarşı Azərbaycanın mübarizə təcrübəsindən danışdı. Bu mübarizə çərçivəsində dövlətin həyata keçirdiyi tədbirləri konfrans iştirakçılarının nəzərinə çatdırdı və bildirdi ki, biz qısa müddətdə koronavirusa qarşı təcili və təxirəsalınmaz tədbirlər gördük. Bu tədbirlərin böyük qismi əhalinin təcrid edilməsi və "evdə qal" prinsipi üzrə təşkil edilməsi ilə bağlı olduğundan geniş miqyaslı sosial, iqtisadi xarakterli tədbirləri də həyata keçirdik. Bunun üçün də 3,5 milyard manat vəsaiti əhalinin həm işsizlik problemlərinin, həm də sosial problemlərinin həllinə yönəltdik. Bunun nəticəsidir ki, pandemiyaya qarşı mübarizədə Azərbaycan təcrübəsi ciddi uğur qazandı.

Beləliklə, bu uğur da həm beynəlxalq təşkilatlar, həm də ÜST tərəfindən təqdir edildi. ÜST-ün sədri Azərbaycanda keçirilən koronavirusa qarşı mübarizə tədbirlərini yüksək qiymətləndirdiyini dedi və Azərbaycanın öz problemlərini həll etməklə yanaşı ÜST-ə 5 milyon dollarlıq vəsait ayırdığını qeyd etdi. ÜST-ün prezidenti ölkə Prezidentinə və Azərbaycan xalqına təşəkkür edərək, ayrılan vəsaitinin Qoşulmama hərəkatının üzvü olan və iqtisadi cəhətdən koronavirusa qarşı mübarizədə çətinlik çəkən ölkələrə yönəldiləcəyini deyib. Konfransda diqqəti çəkən əsas məqamlardan biri BMT baş katibinin video müraciətini yayımlaması oldu. Azərbaycanın təşəbbüsü BMT baş katibi tərəfindən ciddi vurğulandı. Eyni zamanda Azərbaycan Prezidentinin bu təşəbbüsünə görə onlar minnətdarlıq etdilər. Bütövlükdə konfrans onu göstərdi ki, Azərbaycan bölgənin, regionun, təkcə ciddi iqtisadi lideri yox, həm də önəmli siyasi oyunçusudur. Azərbaycanın bu imici hər gün yeni-yeni çalarlarla zənginləşməkdədir. Bu isə ölkə rəhbərliyinin iradəsi və çevik qərarlar qəbul etməsinin nəticəsidir. Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransının nəticəsində xüsusi bəyannamə də qəbul edildi. Zirvə görüşünün təklif olunan Bəyannaməsində Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyacları vahid məlumat bazasına daxil olacaq. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə və beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Ümumən götürsək, bu videokonfransın nəticəsi Qoşulmama hərəkatının nüfuzunu xeyli artıracaq".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm