Vaxtında tədbirlər görülməsəydi, biz də ciddi fəsadlarla üzləşəcəkdik - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Vaxtında tədbirlər görülməsəydi, biz də ciddi fəsadlarla üzləşəcəkdik - ŞƏRH

"Azərbaycan pandemiya ilə mübarizədə dünyaya örnək oldu".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin modul tipli xəstəxana kompleksinin açılış nitqində səsləndirdiyi fikirləri təhlil edərkən deyib.

Millət vəkili Azərbaycanın koronavirus təscrübəsini və fəaliyyətini belə izah etdi: "Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qısa müddətdə tikilib, ərsəyə gətirilən modul tipli xəstəxana kompleksinin açılışında iştirak etdi. Açılış mərasimində ölkə başçımız geniş nitqlə çıxış edərək, çox mühüm məqamlara toxundu. Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər haqqında qeyd edildi ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyaya bir örnək oldu. Bu gün əldə olunan nəticələr bunu deməyə imkan verir. Bunu tək biz yox, ÜST-ün prezidenti də təsdiqləyir. Biz vaxtında və planlı şəkildə pandemiya ilə mübarizəyə qoşulduq. Bu tədbirlər effektiv şəkildə öz nəticəsini verdi. 20-dən çox xəstəxananın bu istiqamətə cəlb olunması əhəmiyyətli məsələdir. Bundan əlavə, ÜST-lə əməkdaşlıq edərək, dünyanın ən müasir laboratoriyalarının Azərbaycana gətirilməsi diqqətdən yayınan nüans deyil. Bu gün artıq Azərbaycanda 23 laboratoriyada testlərin aparılması və insanların sağlamlığının müəyyən edilməsi dövlətin vətəndaşını düşünməsindən irəli gəlir.

Vaxtında dövlət başçımızın rəhbərliyi ilə düşünülmüş iqtisadi siyasət yürütməsəydik, iqtisadi potensialımız olmasaydı, bu gün biz də, digər ölkələr kimi bu mübarizədə lazımi effektiv nəticənin əldə edilməsində çətinlik çəkərdik. Bu gün əldə olunan nəticələr çox müsbətdir. Amma buna baxmayaraq, son 2-3 günün mənzərəsi onu deməyə əsas verir ki, biz pandemiya ilə tam vidalaşmamışıq və tam başa çatmayıb".

Deputat bildirib ki, baxmayaraq ki, karantin tədbirləri yumşaldılır, vətəndaşların öz fəaliyyətlərinin bərpasına imkan verilir, yenə də mütləq şəkildə karantin rejiminin tələb etdiyi qaydalar və tədbirlər icra olunmalıdır: "İlk növbədə hər bir şəxs özünün şəxsi gigiyenasına fikir verməlidir, tibbi maska geyinməlidir və sosial məsafə gözlənilməlidir. Bu, o qədər də çətin olmasa da, hər bir vətəndaşdan tələb olunan əsas qaydalardır. Çox təəssüflər olsun ki, çox sayda məsuliyyətsiz vətəndaşlarımız bu istiqamətdə tələblərə əməl etmir. Yumşaldılma tədbirləri başladılandan sonra dinamikanın mənfiyə doğru getməsi bir daha bunu deməyə imkan verir. Müşahidələrimə əsasəən, deyə bilərəm ki, insanlar pandemiyanın bitdiyini düşünür. Xeyr, təəssüf ki, bu, belə deyil. Bu yanlış düşüncə yeni ajiotaja və fəsadlara səbəb ola bilər.

Pandemiya ilə mübarizədən qalib o vaxt ayrıla bilərik ki, koronavirusa qarşı vaksin tapılsın. Belə bir vaksin tapılmadığına görə ölkə başçsının da qeyd etdiyi kimi, biz karantin rejimində yaşamağa öyrəşməliyik. Yəni tibbi maskaların geyinilməsi, sosial məsafənin gözlənilməsi və zərurət olmadığı təqdirdə evdən çölə çıxılmaması vacib məsələlərdir. Düşünürəm ki, cənab Prezidentin dünənki çıxışından vətəndaşlar bir nəticə çıxardacaq və başa düşəcəklər ki, bu, çox ciddi bir tələbdir. Prezidentimiz isə vətəndaşların sağlamlığını və gələcəyini düşünərək bu tələbləri irəli sürür".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm