"Məsuliyyətimizi azaltsaq, xəstəlik artacaq" - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

"Məsuliyyətimizi azaltsaq, xəstəlik artacaq" - DEPUTAT

"Yeni modul tipli xəstəxananın açılışı Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı gördüyü tədbirlərin nə qədər ardıcıl və davamlı olmasını sübut etdi".

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O hesab edir ki, hazırkı mərhələdə bəzi ölkələr iqtisadiyyat və vətəndaşların sağlamlığından söhbət gedəndə, bunların arasında seçim etməkdə çətinlik çəkir və ya iqtisadi fəallığa üstünlük verirlər:

"Düşünürəm ki, Prezidentin nitqində çox dəqiq bir təsbit və çağırış var. Nə qədər ki, pandemiyaya qarşı peyvənd tapılmayıb, bir o qədər arxayınlıqdan uzaq omalıyıq. Bundan sonrakı sosial həyatımızı planlaşdırarkən, bu, hər bir Azərbaycan vətəndaşının devizinə çevrilməlidir. Bu çağırış çox konkret və dəqiq fikir idi. Hazırkı mərhələdə heç cür tam təhlükəsiz yaşamaq mümkün deyil. Düşünürəm ki, məhz bundan sonrakı sosial həyatımızı, sosial davranışlarımızı, ailə münasibətlərimizi, ictimai münasibətlərimizi planlaşdırarkən, məhz bu çağırışı əsas götürməliyik".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda bundan sonra da pandemiyaya qarşı mübarizə davam edəcək: "Əgər sosial məsuliyyətimizi bir qədər azaltsaq, şübhəsiz ki, paralel olaraq xəstəlik artacaqdır. Azərbaycan Prezidenti də haqlı olaraq qeyd etdi ki, o zaman yenidən karantin rejiminin tələbələri sərtləşdiriləcəkdir. Ona görə də, hər şeyi, bu vaxta qədər əldə etdiyimiz uğurları silib, yenidən yazmaqdansa, bir qədər daha səbrli olub, xəstəliyin sonuna yaxınlaşdığımız mərhələdə sona qədər prinsipial olaraq sosial təcrid vəziyyətində həyat tərzinə alışmalıyıq ki, arzu etdiyimiz nəticəyə çata bilək".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm