Paşinyan faşist pərəstişkarlarına gizli mesaj verir - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

Paşinyan faşist pərəstişkarlarına gizli mesaj verir - Hikmət Babaoğlu

"Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daima onların silahı olub".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər faşizm qəddarlığından da sərt və amansız olub. Nikol Paşinyanın babasının isə faşizm ordusunun tərkibində vuruşması təəccüblü deyil: "O zamanlar faşizm termini yox idi. Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin belə əməllərindən daha qəddar olub. Ona görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil. Elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir. İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaregin Njde kimi faşistə heykəl qoymaqla bu gün də öz xilqətlərinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür. Ancaq təəssüf ki, münasibət hələ də adekvat deyil.

Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır, digər tərəfdən isə işğalçılıq siyasətini davam etdirir. O həmçinin danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır. Bəzi ekspertlər Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında informasiya dövriyyəsinə gətirilməsini də təsadüfi hesab etmirlər. N.Paşinyan bunu qəsdən etməklə əslində, erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu örtülü şəkildə ifadə edir. Ancaq necə olursa olsun sonda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan isə öz torpaqlarını işğaldan azad edəcək".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm