“Paşinyanın fəaliyyəti və bəyanatları faşizm ideologiyasına əsaslanır” - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“Paşinyanın fəaliyyəti və bəyanatları faşizm ideologiyasına əsaslanır” - ŞƏRH

“Faşizm ideologiyası Avropadan əvvəl erməni siyasi cəmiyyətində hələ XIX əsrin ikinci yarısından sonra özünü büruzə verib. Yəni, bu dövrdən sonra nə qədər erməni kilsələri olubsa, erməni siyasi cəmiyyətləri, Daşnaksutyun, Qınçak və s. kimi partiyalar yaradılıbsa, bunlar hamısı faşizm ideologiyasına əsaslanıb. XIX əsrin sonları, XX əsrdə yaradılan erməni terror təşkilatlarının hamısının nizamnaməsinin və əsasnaməsinin bünövrəsində yer tutan faşizm ideologiyasıdır. Bu təşkilatlar, cəmiyyətlər, siyasətçilər kilsələrin bütün fəaliyyətlərində sözügedən ideologiyaya əsaslanıblar və bu onların bütün hərəkətlərində təsdiqini tapıb”.

Bunu Publika.az-a açıqlamasında deputat Elman Məmmədov deyib. O qeyd edib ki, ermənilərin 100 ildən çox dövr ərzində həm Azərbaycanda, Türkiyədə, İranda, həm də sovetlər dövründə Mərkəzi Asiya ölkələri olan Türkmənistan və Özbəkistanda törətdikləri bütün qırğınlar, qətliamlar, soyqırımılar faşizm ideologiyasına əsaslanır:

“Bu gün də erməni siyasi cəmiyyətində proses davam edir. Bunun davamçıları hələ keçən əsrin əvvəllərindən və sonlarından o cəmiyyətlərdə öz yerlərini tutublar. Yəni onlar Qaregin Njde, Andranik, Amazasp, Şaumyan və digər bu kimi şəxsləri xalq qəhrəmanı elan ediblər. Bunlar nəyə görə xalq qəhrəmanıdır? Çünki faşizm ideologiyasının yayıcısı olublar və bu ideologiya ilə hərəkət ediblər. Eyni zamanda özlərini ayrı millət kimi qələmə verərək digərlərini qəbul etməyiblər. Həmçinin soyqırımılarının törədilməsi işində ermənilər özlərinin bütün terror hərəkətləri ilə sanki dünyaya dərs veriblər. Nikol Paşinyanın babasına gəlincə, bu faktı biz deməmişik. Bunu ilk olaraq Ermənistandakı Paşinyan əleyhdarları olan siyasətçilər, jurnalistlər, araşdırmaçılar və tədqiqatçılar ortaya çıxarıblar. Bundan sonra da Rusiya mətbuatında, siyasətində və bir sıra mətbu orqanlarında araşdırmalar, arxiv sənədləri üzə çıxdı. Bu sənədlər göstərdi ki, Paşinyanın babası həqiqətən də Böyük Vətən müharibəsi dövründə faşistlərə və faşizmə xidmət edib”.

Deputat qeyd edib ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib. O bildirib ki, məqalədə erməni daşnaklarının ABŞ-da Daşnaksutyun partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdikləri qeyd edilib.

“Məqalədə həmçinin, Amerikadakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Tourianın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyi qeyd edilib. Bu birmənalı olaraq qeyd etdiyim mənbələr tərəfindən aşkar olunaraq sübuta yetirildi. Təbii ki, babası faşist olanın özü də bu gün faşist ideologiyasına xidmət edir. O siyasi hakimiyyətə gəlməmişdən əvvəlki fəaliyyətində də faşizmin cücərtiləri özünü əməllərində, dediklərində təsdiq edirdi. Siyasi hakimiyyətə gələndən sonra da onun hərəkətləri, fəaliyyəti, bəyanatları və ifadələri faşizm ideologiyasına əsaslanır, öz təsdiqini tapır. Qaregin Njdeyə səcdə etməsi, onu qəhrəman adlandırması, onunla fəxr etməsi və Azərbaycan dövlətinə, xalqına qarşı düşmən mövqeyi onun qanında, genində faşist babasının qanının axdığının sübutudur”.

Elman Məmmədov əlavə edib ki, məqalədə həmçinin nasistlərə xidmət etmiş Qaregin Njde haqqında məlumat verilərək, onun erməni irqçiliyini təbliğ etməsi, erməni gənclər arasında bu ideyanı yaydığı, habelə Hitlerin irqçi ideyalarını tərənnüm etdiyi və bu ideyaları özü üçün əsas götürdüyü qeyd edilib: “Erməni cəmiyyəti və xalqı bundan nəticə çıxarsın ki, onlara rəhbərlik edən kimdir. Faşizm ideologiyası ilə yaşayan və fəaliyyət göstərən erməni xalqına rəhbərlik edirsə, o zaman bu xalqın özü kimdir? Bu sualın cavabı artıq aydındır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm