Rusiyada anti-Paşinyan dalğası yarana bilər - Natiq Miri
Bizi izləyin

Nida Təhlil

Rusiyada anti-Paşinyan dalğası yarana bilər - Natiq Miri

"Rusiyanın müttəfiqi olan ölkədə faşistin nəvəsinin hökumət başında olması anlaşılan məsələ olmayacaq və kəskin reaksiya ilə qarşılanacaq. Bu halda Rusiyada anti-Ermənistan, anti-Paşinyan dalğası yarana bilər. Bundan əlavə Nikol Paşinyanla hər hansı rəsmi, siyasi masada nəinki danışıqlar aparmaq, hətta bir ittifaqda olmağın özü belə ciddi düşünülməlidir".

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O qeyd edib ki, Qaregin Njdeyə Ermənistanda 6 metrlik bir abidənin qoyulması Rusiyada demək olar ki, Ermənistan rəhbərliyinə qarşı kampaniya başladıb. Nikol Paşinyan hökuməti Rusiyada arzu olunan, sevilən iqtidar deyil:

"Son günlər Rusiyada faşistlərə xidmət edən Njdenin əleyhinə konkret açıqlamalar və yazılar gedir. Hiss olunur ki, məsələ Rusiya ictimaiyyətini çox ciddi şəkildə qıcıqlandırıb. Ermənistan Rusiyanın siyasi müttəfiqi olmaqla bərabər həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Avrasiya İqtisadi İttifaqının Ermənistan və Rusiyadan başqa üzvləri də var. Bu ittifaqda olan ölkələr də anti-Ermənistan, anti-Paşinyan adı altında kampaniya başlada, onu ictimai qınaq obyektinə çevirməklə bir masada oturmaqdan belə imtina edə bilərlər".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm