ABŞ-Azərbaycan əlaqələri yüksək səviyyədədir - Deputat
Bizi izləyin

Nida Təhlil

ABŞ-Azərbaycan əlaqələri yüksək səviyyədədir - Deputat

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlamasını ölkə başçısının rəhbərliyi altında Azərbaycanda aparılan daxili və beynəlxalq siyasətin uğuru hesab edirəm”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Azər Badamov deyib.

Deputat ABŞ prezidentinin məktubunun mahiyyətini belə şərh edib:

“Təbrik məktubu ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. ABŞ-Azərbaycan əməkdaşlığı eyni prinsip və baxışlar üzərində formalaşdığından hər ötən gün daha da möhkəmlənməkdədir. Bu əməkdaşlıq beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək, iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə 30 ildir ki davam edir.

ABŞ prezidenti təbrik məktubunda Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında və koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın yanında olduğunu qeyd edir. Bu bir daha onu göstərir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Həm də pandemiya ilə mübarizədə ABŞ-ın Azərbaycanın yanında olduğunu vurğulaması COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinin yüksək təşkil olunduğunun dəyərləndirilməsi kimi başa düşülür”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm