Tramp erməni lobbisinə rədd mesajı verdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Tramp erməni lobbisinə rədd mesajı verdi - ŞƏRH

“ABŞ prezidenti tərəfindən Azərbaycanın suverenliyinə verilən dəstək Dağlıq Qarabağ adında qondarma respublikanı dünyada tanıtmağa cəhd edən erməni lobbisinə dolayı rədd mesajı kimi qəbul oluna bilər”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlaması faktının özü tarixi əhəmiyyətlidir:

“Bu, ABŞ-ın Azərbaycanın dövlət müstəqilliyinə və demokratik inkişaf xəttinə nə qədər önəm verdiyinin ifadəsidir. Biz bir sıra əlamətdar günlərdə də ABŞ prezidentlərinin Azərbaycan rəhbərinə rəsmi məktub göndərmələrinin artıq bir ənənə halını aldığının şahidi oluruq. Digər tərəfdən bu, iki ölkə münasibətlərinin möhkəm strateji tərəfdaşlıq üzərində qurulmasının ifadəsidir.

Məktubda bir sıra konkret məqamlar ABŞ və Azərbaycan münasibətlərinin inkişaf xətti üzrə formalaşdığını deməyə əsas verir. Xüsusilə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinə növbəti dəfə birmənalı ifadə olunan dəstək Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistanın yaratmaq istədiyi mübahisəli vəziyyətə ABŞ-ın önəmli münasibəti kimi dəyərləndirilə bilər. Tramp ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini bəyan edib.

Bundan əlavə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həm mənbələrin, həm də ixrac variantlarının şaxələndirilməsində Azərbaycanın apardığı siyasətə ABŞ-ın dəstəyi göz qabağındadır. Koronavirusa qarşı mübarizədə, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın Azərbaycanın yanında olduğunu növbəti dəfə bəyan etməsi ölkəmiz üçün çox əhəmiyyətli bir faktdır. Və Azərbaycanın dünyada mövqeyinin nə qədər möhkəm olduğunun, stabil partnyor kimi tanındığının sübutudur”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm