Qəlyanlı qeybət məclisi, təhqir olunan professor - Siyasi teatrda ikinci səhnə
Bizi izləyin

Nida Təhlil

Qəlyanlı qeybət məclisi, təhqir olunan professor - Siyasi teatrda ikinci səhnə

Cinsi azlıqları “üzdəniraq” elan edən və “yandırılması”na qərar verən, həm də Daçau düşərgəsində insanları sobalarda yandıran Hitleri mədh edən Milli Şuranın “zoom” üzərindən keçirdiyi onlyan konfransın növbəti hissəsi yayılıb.

Teatrın ikinci pərdəsi, yaxud siyasi qadeşlərin onlayn “razborkası”. Son iki gündə Milli Şuranın “siyasi müzakirələr” adı ilə sosial şəbəkədə yaydığı onlyan konfrans “qeybət məclislərini” xatırladır.

“Qeybət məclisi”nin birinci hissəsində cinsi azlıqları təhqir edənlər, Hitlerə “rəhmət oxuyanlar” ikinci hissədə Sevinc Osmanqızı ilə Altay Göyüşovun davasını müzakirəyə çıxarır, birincinin müdafiəsini, ikincinin linç edilməsini təşkil edir.

İştirakçılar: Yeganə qadın iştirakçı Gültəkin Hacıbəyli, Avropada yaşayadığı evdə uzanmış Rahim Hacıyev, popirosunu tüstülədən Rafiq Manaflı, jurnalist vəsiqəsini boynuna asan (bununla müzakirəyə ciddiyyət görüntüsü verməyə çalışan) Qənimət Zahid, söhbət zamanı müzakirələrə qoşulmağa can atan Namizəd Səfərov və başqaları. Ən sonda peyda olan “qəlyanlı adama” diqqət edin.

Budur, ikinci hissə başladı.

Gültəkin Hacıbəyli: Xəbəriniz var, Altay Göyüşov Sevinci təhqir edib, ağzına gələni yazıb.
Qənimət Zahid: Sevinc Osmanqızı haqqında?
G.Hacıbəyli: Bəli, bəli...
Q.Zahid: Niyə, onun Sevinclə nə işi var?!
G.Hacıbəyli: Dünən Sevinc onun haqqında bir kəlmə söz deyib. Mən qulaq asmamışam, bayaq özü mənə dedi ki, “Ramiz Yunus efirdə deyirmiş, hardadır Altay Göyüşov”. Hərçənd, Ramizin haqqı yoxdur, özü ən uzağa, Amerikaya gedib. Amma Altay çox pis yazıb.
Rahim Hacıyev: Bilmirsən, bu professor adı daşıyan eşşəkdir, yaxud hansısa oyunun içindədir. Çünki sən universitet bitirmisən, alimsən, tədqiqatçısan, min yerdə olmusan. Bütün bunlardan sonra professor adı daşıyan adam o ifadələri işlədirsə...
Rafiq Manaflı: O bir dəfə legitimliklə bağlı yazı yazmışdı, o qədər dayaz idi. Buna siz ağıllı deyirsiniz, professor deyirsiniz. Bilmədiyi mövzu haqqında əlamirlik eləməyə bu adam utanmır.
R.Hacıyev: Bu dərəcədə tərbiyəsizlik olmaz, səviyyəsizlik olmaz. Necə eləmək olar.
Q.Zahid: Tərbiyəsiz adamdır. Altay nə vaxt yazıb, mən onun səhifəsinə baxıram, görmürəm axı.
Namizəd Səfərov: Ümumiyyətlə onun leksikonunda həmişə tərbiyəsiz sözlər üstünlük təşkil edib.
R.Hacıyev: Onda psixoloji problem də görünür, bədbəxt özünə çox vurğun adamdır.

Qənimət Zahid bu fikri təsdiqləyir.



R.Hacıyev: Bu, lap böyük biabırçılıqdır. Adam özünə hədsiz vurğun olanda...
Q.Zahid: Yəqin Sevinc də onu yıxıb sürüyəcək.
G.Hacıbəyli: Təhqirlər, qeyri-səmimi, fırıldaqçı...
N.Səfərov: Amma xalq arasında bəyənilir də. Odur, Aslan İsmayılovdur. Bu da onlara özlərini profesor kimi aparmağa əsas verir.
R.Hacıyev: Namizəd bəy, dünyanın hər yerində başdanxarabların, tərbiyəsiz hərəkət edənlərin də auditoriyası var. Amma inanmıram ki, əvvəlki qədər diqqət olsun. Getdikcə azalacaq.
N.Səfərov: Altayın populyar olmasının səbəbləri var. Müəllim olub, tələbələri var, istər-istəməz tələbələri onu layk edir də.
G.Hacıbəyli: Müəllim bu səviyyəyə düşürsə, tələbə də düşünməlidir ki, müəllim belə danışmamalıdır.
R.Hacıyev: Onu heç vaxt auditoriyaya buraxmaq olmaz.
G.Hacıbəyli: Adam tərbiyəsizdir, sən çıxıb Sevincə deyirsən fırıldaqçı. Sevinc kimə fırıldaq edib, ay tərbiyəsiz.

Və nəhayət, “qəlyanlı oğlan” gəlir. Müzakirələrə qoşulan Vidadi Mirkamal qəlyanından qullab vura-vura “gözəl, lap yaxşı” deyə bildirir.

Söhbət Altay Göyüşovdan “kişilik” məsələsinə gəlir.

R.Manaflı: Vidadinin xorultusu bura da gəlir.
V.Mirkamal: Kişinin xorultusu beş ev o tərəfə getmirsə, o kişi sayılmır.

Gülüşürlər. Xeyr, bu, hansısa teatrdan səhnəcik deyil, hakimiyyətə iddia edən, “Azərbaycana gözəl gələcək gətirmək” haqqında danışmaqdan yorulmayan Milli Şuranın – müxalifətin onlayn konfransıdır. Dünənə qədər iclaslarda belə danışanlar indi pandemiyaya görə tətbiq olunan karantin rejimi vaxtı internetin imkanları çərçivəsində müzakirələrinə davam edirlər.

Görünür, COVİD-19 pandemiyası təkcə dünyanın mənzərəsini dəyişmədi, həm də Azərbaycanda müxalifətin məşhur mahiyyətini növbəti dəfə üzə çıxardı. Amma dünya belə dəyişsə də, onların nə mahiyyəti, nə leksikonu, nə də düşüncələri dəyişmir.

Müzakirələrdə yeganə qadın olaraq iştirak edən Milli Şuranın üzvü Gültəkin Hacıbəyli “drijor” kimi bir məsələni ortaya atır, digər kişi iştirakçılar bir-birinin sözünü kəsə-kəsə onun fikirlərini təsdiq edirlər. Müzakirənin detalları çox şeydən xəbər verir:

1. Hacıbəylinin “Xəbəriniz var...” deyə müzakirə açması Milli Şuranın siyasi söhbətlərinin bəsit qeybət səviyyəsində olduğunu göstərir.

2. Hacıbəyli “Osmanqızı-Göyüşov” məsələsi ilə bağlı görüntülərə baxmadığını, bunu ona Sevinc Osmanqızının xəbər verdiyini deyir: “Mən qulaq asmamışam, bayaq özü mənə dedi...”. Bu, S.Osmanqızının “müstəqil jurnalistəm” iddiasının ifşa edilməsi və tapşırıqları Milli Şura rəhbərliyindən almasının, bütün mövzuları razılaşdırdığının təsdiqidir. “Osmanqızı tv”də yalnız Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvlərinin çıxış etməsi bunun yeni xəbər olmadığını göstərir, amma müxalifətin digər təmsilçilərinin də dediyi “Osmanqızı Milli Şuranı, Əli Kərimlini təbliğ edir” sözlərini süngü ilə qarşılayırlarsa, G.Hacıbəylinin etirafı bunun rəsmi təsdiqidir.

3. G.Hacıbəylinin “Mən qulaq asmamışam, bayaq özü mənə dedi...” sözləri, Q.Zahidin “Tərbiyəsiz adamdır. Altay nə vaxt yazıb, mən onun səhifəsinə baxıram, görmürəm axı” deməsi adamların mövzudan xəbərsiz şəkildə A.Göyüşovu təhqir etdiyini göstərir. Onların “istinad nöqtəsi” yalnız Sevinc Osmanqızının Gültəkin Hacıbəyliyə dedikləridir və bunu “bir adamı təhqir etmək üçün yetərli” səbəb hesab edirlər. Bu, özlüyündə üç məqamı ön plana çıxarır:

- Siyasi müxalifət olduqlarını deyən bu adamlar bütün məsələlər haqda belə qərar verir: əgər bir üzv deyirsə ki, “qatıq qaradır”, deməli belədir, onlardan olmayan haqqında səslənən istənilən təhqir mübahdır və hər kəs bu təhqirlərə - verilən qərara, yaxud çıxarılan nəticəyə yekdilliklə dəstək verməlidir;

- Bu, həm də Milli Şuranın ölkədəki vəziyyət, cərəyan edən siyasi proseslər haqda dediklərinin, yaxud hökumətə və digər siyasi təşkilatlara qarşı irəli sürdükləri iddiaların da doğru olmadığının, məsələnin mahiyyətindən xəbərsiz formada, yalnız göstərişə, tapşırığa uyğun hərəkət etdiklərinin göstəricisidir;

- Və ən maraqlı detallardan biri müzakirədə iştirak edən kişilərin bir xanımın sözünü digərindən daha tez və daha yaxşı təsdiq etməyə çalışmasıdır. Bu, daha çox bir xanıma xoş gəlmək psixologiyasından qaynaqlanır və “ölkəni idarə etmək istəyənlərin” psixoanalizini aparmağa imkan verir;

4. Altay Göyüşov haqqında deyilənlər Milli Şuranın ümumi mahiyyətini nümayiş etdirdi və bu, təəccüblü deyil. Onların Göyüşov haqında “tərbiyəsiz”, hətta “eşşək” ifadələri işlətməməsi təəccüblü olardı və məsələ heç də Göyüşov deyil, məsələ onlardan olmayanları təhqir etməyin “qəhrəmanlıq” kimi qəbul edildiyi kütləvi mərəzdir. Tibb elmi hələ bu mərəzə əlac tapa bilməyib desək yanılmarıq.

Halbuki, siyasəti bir kənara qoyub, “Çay evi” işlədə, yaxud yaxşı ticarətlə məşğul olsalar, həm özlərini, həm də Azərbaycan siyasətini bu mərəzdən xilas edə bilərlər. Qəlyanları belə var, nələri çatmır ki?!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm