Bakı erməniləri Ermənistanda yaşamaq istəmir: 30 ildir gözləyirlər ki... - VİDEO
Bizi izləyin

Nida Təhlil

Bakı erməniləri Ermənistanda yaşamaq istəmir: 30 ildir gözləyirlər ki... - VİDEO

I Qarabağ müharibəsi zamanı Bakıdan Ermənistana köçən ermənilər Azərbaycanı tərk etdikləri üçün 30 ildir peşmançılıq hissi yaşayır.

Publika.az
xəbər verir ki, Ermənistanın müxtəlif ərazilərində 30 ildir yataqxanalarda yaşayan ermənilər digərləri tərəfindən “gəlmə” kimi qarşılanır.

Ermənistan hökumətinin son addımlarından sonra onların əksəriyyəti küçədə qalma təhlükəsi ilə üzləşib.

2019-cu ilin noyabrında Ermənistan hökuməti Azərbaycandan getmiş ermənilərin müvəqqəti yaşadığı yataqxanaları özəlləşdirməsi və yaxud mənzillə təmin edilməsi məsələsini qaldırdı.

“Epress” saytı yazır ki, 2589 ailədən 895-nin sənədləri qaydasındadır, digərləri müxtəlif çətinliklərlə üzləşir.

“Nairi”, “Sebastiya”, “İnterrimini” və digər yataqxanalarda yaşayanlar sertifikatlarını almalı idilər, lakin onlar arasında imtina ilə üzləşənlər var.



Bu yataqxanaların elementar rahatlığı belə yoxdur. Ailələrin müəyyən qismi aldı, amma başqaları gözləyir. Bir çoxu isə imtina məktubu alıb. İmtina məktubu miqrasiya qanunları ilə əsaslandırılır. Belə ki, son bir neçə ildə şəxs 183 gün ölkədə olmayıbsa, o Ermənistanın daimi sakini hesab edilmir. Belə şəxslər ya mühacir, ya da yaşayış yerini dəyişdirən kimi qeydə alınır.

“İnterrimini” və “Sebastiya” yataqxanalarında yaşayan 3 ailə imtina məktubu alanlar sırasındadır. Onlardan ikisi ölkədə “olmadıqlarına”, digəri isə “mülk sahibi” olmasına görə imtina ilə üzləşib.

Bu ailələr etiraz edir. Bildirirlər ki, qışda onlar Rusiyaya, uşaqlarının yanına gedirlər. Rusiyada daimi yaşayış yerləri yoxdur.

Sakinlərdən biri saytın müxbirinə divarları çatlamış, daş döşəməsi olan otağı göstərir və bildirir ki, “qışda burada yaşamaq mümkün deyil”. Ona görə də qışda Rusiyada yaşayır, yayda qayıdırlar.

“Mən Rusiyaya gedib gəlirəm, çünki Ermənistanda qala bilmirəm. Bu dağılmış yataqxanalarda işsiz və gəlirsiz nə qədər yaşamalıyıq? Mən mühacir etmiş uşaqlarıma ev verməyi xahiş etmirəm, özümə istəyirəm, axı mən mühacir etməmişəm. Heç kim mənə hərəkət hüququmun olmadığı haqda xəbərdarlıq etməyib”, - sakinlərdən biri deyir.

Miqrasiya xidməti isə belə ailələrə heç nə ilə kömək edə bilməyəcəklərini bildirir.

Azərbaycandan gedən Marqarita adlı erməni qadının vəziyyəti daha dolaşıqdır. Miqrasiya xidmətinin sorğusuna cavab olaraq, Kadastr Komitəsi bildirib ki, bu qadın 90-cı illərin əvvəllərində Gümrüdə mənzil sahibi kimi qeydiyyatda olub. Buna görə də o, evsiz statusuna malik ola bilməz. Lakin Marqarita deyir ki, o, Ermənistanda heç vaxt mənzilə, yaxud digər mülkə sahib olmayıb.

“30 il yataqxananın kiçik otağında qızım və oğlumla birlikdə yaşamışam. Kommunal xərclərin ödənməsi, uşaq bağçası və məktəbdəki məlumatlarla sübut edə bilərəm ki, mən “Sebastiya” yataqxanasının daimi sakini olmuşam. Gümrüdəki ev mənim atamın olub. Zəlzələdə dağılan mənzilin əvəzinə veriblər, həmin vaxt ailədə həddi-buluğa çatmış yeganə övlad mən idim və məni ora qeydiyyata saldılar. Amma qardaşlarım böyüyəndən sonra evi adlarına rəsmiləşdirdilər. Amma mən o evi görməmişəm belə, heç ünvanını belə bilmirəm”, - Marqarita danışır.



Ripsime Tonoyan adlı erməni qadın isə deyir ki, bu yataqxanalarda donuzlar belə qalmaz.

“Miqrasiya xidmətinin müdiri Armen Qazaryan bir dəfə bizə baş çəkib və öz dili ilə deyib ki, bu yataqxanalarda yaşamaq mümkün deyil”, - o bildirib.

Ermənistanda “qaçqın” statusunda yaşayan bu ermənilər Azərbaycanı tərk etdikləri üçün peşman olduqlarını bildirirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm