“Raketlər işə salınıb” - Paşinyanın Şuşaya son səfəri və Bakının İrəvanı qorxuya salan CAVABI
Bizi izləyin

Nida Təhlil

“Raketlər işə salınıb” - Paşinyanın Şuşaya son səfəri və Bakının İrəvanı qorxuya salan CAVABI

Bakı vaxtı ilə saat 18:00-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin yeni “prezidenti” Araik Artünyanın “inaqurasiya” mərasimi keçiriləcək.

Publika.az
xəbər verir ki, Şuşada keçiriləcək qondarma mərasimə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılacaq. Artıq bu saatlarda başlanacaq mərasimdən sonra atəşfəşanlığın olacağı da gözlənilir.

Bu, haqlı olaraq Azərbaycanda qəzəbə səbəb oldu. Xarici İşlər Nazirliyi rəsmi şəkildə qondarma mərasimə etiraz etdi, Azərbaycan ictimaiyyəti də bu addımın cəzasız qalmamasını tələb edir.

Nikol Paşinyanın Şuşada çıxardığı bu oyunun təxribat xarakterli olduğu məlumdur. O, bununla həm Azərbaycanı müharibəyə təhrik edərək, “bizə hücum edirlər” görüntüsü yaratmaq, həm də daxili auditoriyada xal qazanmaq niyyətindədir. Rəsmi Bakı təmkinlidir.

Birincisi, işğalçı ölkənin bu bəsit oyununu görür;
İkincisi, işğalçı ölkənin “atəşfəşanlığını” diplomatik cəbhədə istifadə edir;
Üçüncüsü, hərbi zərbəni zamanında vurmaq üçün soyuqqanlılıqla prosesi izləyir;


Azərbaycan Ordusunun kazarmaları tərk etməsi, cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə start verilməsi Bakının növbəti anti-terror əməliyyatına hazırlığının nümunəsidir.

“Azərbaycanın cavabı necə olacaq?”. Bu sual Ermənistan ictimaiyyətində gərginliklə müzakirə olunur. “Lragir” saytı yazır ki, Şuşadakı “inaqurasiya” Azərbaycan Ordusunun təlimləri fonunda keçir: “Azərbaycan ictimaiyyəti cavab tələb edir, Bakı rəsmi etiraz edir, həm də raketlər işə salınıb”.

Azərbaycanın bu təxribatı cavabsız qoymayacağı şübhəsizdir və böyük ehtimalla cavab hər iki cəbhədə - diplomatik və hərbi – veriləcək. “Bu, Paşinyanın Şuşaya son səfəri olacaq” sualının cavabını isə proseslərin inkişafı göstərəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm