Qarabağda müharibə yaxınlaşır... – Ermənistan darmadağın ediləcək
Bizi izləyin

Nida Təhlil

Qarabağda müharibə yaxınlaşır... – Ermənistan darmadağın ediləcək

“Əgər sabah müharibə başlayacaqsa, biz nə edəcəyik?”.

Publika.az
xəbər verir ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Ordunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə səsləndirdiyi fikirlərdən sonra Ermənistanda bu sual müzakirə olunur.

Zakir Həsənov müşavirədə bildirdi ki, “Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”.

Erməni şərhçi Qraçya Qalustyan yazır ki, Azərbaycan açıq şəkildə ordunu müharibəyə hazırlaşdırır, lakin İrəvan hələ də “günahkar” axtarışındadır.

“Azərbaycan yatmır və öz planları haqqında açıq danışır. Mən bizim “divan strateqlərimiz”in təbəssümünü görürəm, onlar deyirlər ki, “Zakir Həsənov ilk dəfədir belə danışmır”, halbuki, biz düzgün qiymətləndirmə aparmasaq, nəticələr çox ağır olacaq. Misal üçün, koronavirusu düzgün qiymətləndirmədiyimizə görə bu gün ağır nəticələrlə üz-üzə qalmışıq. Hakimiyyət faktiki olaraq pandemiyanın təhlükəli və dağıdıcı təsirini qiymətləndirmədi. Nəticədə çoxsaylı yoluxma və ölüm halları, eləcə də səhiyyə və iqtisadi sektorda dağılma görürük. Bizim hakimiyyət yaxınlaşan müharibəni də görmür, ya da görmək istəmir”, - erməni şərhçi qeyd edir.

Qraçya Qalustyan bildirir ki, Paşinyan hakimiyyəti hər şeyə görə keçmiş rejimi günahlandırır: “Bəli, Serj Sarkisyan, Seyran Ohanyan, Yuri Xaçaturov və digərlərinə görə “Aprel müharibəsi”ndə məğlub olduq. Lakin indiki hakimiyyət ordunu gücləndirmə bilmədi. Naxçıvan istiqamətində məğlub olmağımız da bunun sübutudur (Günnüt əməliyyatı nəzərdə tutulur - red). Paşinyan hakimiyyəti səs-küylü piar aparır, real nəticələrsə acınacaqlıdır. Azərbaycan öz planlarını addım-addım həyata keçirir. Minsk qrupu Bakının bəyanatlarına heç bir reaksiya vermir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da susurlar. Bu halda biz kimə ümid edə bilərik? Əgər sabah müharibə başlasa, biz nə edəcəyik? Cavab kədərlidir. Hakimiyyət hələ də keçmişdə qalıb və hər şeyin günahını keçmiş hakimiyyətdə axtarır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm