• USD 1,7000 0,00% EUR 1,9371 +0,43%
    • GBP 2,1373 +0,13% RUB 0,0240 0,00%

İnfeksionistdən SƏRT AÇIQLAMA: "Anlamayanları cəzalandırmaq lazımdır"

İnfeksionistdən SƏRT AÇIQLAMA: "Anlamayanları cəzalandırmaq lazımdır"

“Həkimlər ev-eşiyini, ailəsini, övladını tərk edib, xəstələri cəmiyyətə qaytarmaq üçün mübarizə aparırlar. Amma bunu cəmiyyət anlamır”.

Bu sözləri Publika.az-a açıqlamasında qastroenteroloq, infeksionist Gülnarə Əhmədova deyib.

O bildirib ki, ölkəmizdə koronavirusla bağlı prosesdə ya maarifləndirmə çox zəif aparılır, ya da insanlar qaydalara əməl etmək istəmirlər: “Xəstələnən şəxsin ətrafında, yaxınında olanlar onun virusa yoluxduğun bilirsə, ehtiyatlı olmağa çalışırlar. Ancaq insanların ətrafında, tanışında yoluxan yoxdursa, inanmırlar. Nə qədər izah etsək, söhbət etsək də anlamırlar. Zənnimcə, ən düzgün qərar cəza metodudur. Bu tədbirlər düzgün və yerində aparılır. Anlamayanları cəzalandırmaq lazımdır. Cibindən pul çıxan şəxslər vəziyyəti daha yaxşı başa düşürlər. Karantinin yumşalması prosesindən sonra insanlar elə bilir bu, bir yalan və oyun idi. Yumşalma prosesindən sonra müşahidə edirik ki, xəstə sayı artır. Həkimlər öz ev-eşiyini, ailəsini, övladını tərk edib, xəstələri cəmiyyətə qaytarmaq üçün mübarizə aparırlar. Bunu cəmiyyət anlamır".

"Maska taxmaq mütləq məsələdir. Kimsə virusu daşıyırsa, o, başqasına yoluxdura bilər. Maska hava axınının sürətinin qarşısını alır. Əgər məndə virus varsa və maska taxmışamsa, bu, nəfəsimin sürətini azaldacaq. Həmçinin, maskalar tez-tez dəyişilməli, spirtlənməlidir. Maskaları əsasən, qapalı məkanlarda geyinmək məqsədəuyğundur. Açıq havada taxmaq insanın özünə də ziyandır. Çünki insan günəşdən və təmiz havadan məhrum olur. Təbii ki, insanların sıx olduğu yerlər istisnadır”, - deyə infeksionist əlavə edib.

Məhərrəm

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR