İnsanlarımız virusa məsuliyyətsiz və inamsız yanaşırlar – Mərdan Əliyev
Bizi izləyin

Nida Təhlil

İnsanlarımız virusa məsuliyyətsiz və inamsız yanaşırlar – Mərdan Əliyev

“Biz tək özümüzü yox, cəmiyyəti də düşünməliyik”.

Bunu Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

İnfeksionist bildirib ki, koronavirusla bağlı indiki vəziyyət və tendensiya heç də ürəkaçan deyil:

“Yoluxmaların sayının artması karantin qaydalarının yumşaldılması ilə bağlıdır. Bütün dünyada bu proses gedir. Havaların istiləşməsinin təbii ki, böyük təsiri var. Çox sayda ölkə də bu amilə arxayın olaraq yumşalma prosesini reallaşdırır. İnsanlarımız isə əsasən məsuliyyətsiz və inamsız yanaşır. Bu doğru deyil. Biz tək özümüzü yox, cəmiyyəti də düşünməliyik. Bütün dünya mənasız yerə sosial izolyasiya tədbirlərini icra edib, iqtisadiyyata zərər vurmaz. Deməli, bu virus dünyanı öz cənginə alıb ki, dövlətlər həyəcan təbili çalıb”.

Həkim maska taxmamağa görə inzibati məsuliyyətə cəlb edilməni müsbət qiymətləndirdiyini vurğulayıb:

“Çünki gigiyena qaydalarına nə qədər çox əməl olunsa, bir o qədər yoluxmaların sayı az olacaq. Bu infeksiya hava-damcı yolu ilə yoluxduğundan burada maskaların çox böyük rolu var. Qapalı məkanlarda istifadəsi zəruri və mütləqdir.

Vaksin tapılmadığı təqdirdə dekabr ayından etibarən yoluxmaların sayı artacaq. Ancaq bunu da qeyd etməliyik ki, növbəti sezonda immunitetimiz virusu tanıdığından daha sakit formada qəbul edə bilər”.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm