Beynəlxalq sənədlərdə qondarma qurumun tanınmaması çox önəmlidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Beynəlxalq sənədlərdə qondarma qurumun tanınmaması çox önəmlidir - Politoloq

“Bu cür qətnamələrin və bəyanatların verilməsi beynəlxalq hüquq normaları baxımından çox önəmlidir. Çünki, hər bir halda bu bəyanatlar beynəlxalq sənədlər hesab olunurlar. Beynəlxalq sənədlərdə qondarma qurumun tanınmaması və bu ərazilərin bilavasitə "Azərbaycanın tərkib hissəsi" və "Azərbaycanın işğal altında olan əraziləri" kimi təqdim olunması çox önəmlidir”.

Bunu Publika.az-a danışan politoloq Natiq Miri deyib.

O bildirib ki, bu ərazilərin Azərbaycanın tərkib hissəsi kimi göstərilməsi Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir.

Bu, çox əhəmiyyətlidir və perspekstivdə qondarma qurumun dünyanın müstəqil subyekti kimi tanınmasını əngəlləyir. Avropa Parlamentinin son bəyanatında tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyytalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir. Ancaq buna baxmayaraq, bəzi beynəlxalq strukturların fəaliyyətində ikili standart hiss olunur. Ən mötəbər təşkilat olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnaməsi mövcuddur. Ancaq bu sənədlərə rəğmən, Ermənistan hələ də Azərbaycanın işğal olunmuş torpaqlarını işğalda saxlamağa davam edir. Bu qətnamələr qəbul olunsa da, onların icra mexanizmi düzgün təşkil edilməyib. BMT-ə üzv olan 200-ə yaxın ölkənin siyasi taleyi 5 ölkəyə bağlanıb. Bu dövlətlərin hansısa birinin geosiyasi maraqları bu qərarları ehtiva etmirsə, çox rahatlıqla veto qoyaraq siyasi prosesin qarşısını ala bilirlər”.

Politoloq qeyd edib ki, bu məsələ qlobal səviyyədə müzakirə obyektinə çevrilib.

Onun sözlərinə görə ATƏT həmsədrləri Ermənistanın qeyri-qanuni əməllərinə münasibət bildirməlidirlər: “Düşünürəm ki, bu keçmiş və zərərli ənənələr beynəlxalq strukturlarda, eyni zamanda Avropa strukturlarında dəyişməsə, verilən bəyənatlar sözdən başqa bir şey ifadə etməyəcək. Avropa Parlamenti kimi nəhəng siyasi və iqtisadi məkanı ehtiva edən bir beynəlxalq struktur qərar verir. Bu qətnamələr Avropa Şurasında, ATƏT-də və digər strukturlurda qəbul olunub. Ancaq, cırtdan bir Ermənistan nədənsə dünya güclərinin qətnamələrini, qərarlarını və bəyanatlarını çox rahatlıqla görməzdən gəlir. Ermənistanın arxasında Avropa Birliyində olan və qlobal gücləri əhatə edən havadarları mövcuddur. Bu da xristian həmrəyliyi və geosiyasi maraqları özündə ehtiva edən fəaliyyəti ortaya qoyur ki, bunun müqabilində də Ermənistan bu qərarları nəinki icra etmir, hətta beynəlxaq hüquqa zidd davranışlar sərgiləyir. Əslində, bu gün Ermənistanın bu davranışları regionda yeni bir müharibəni alovlandıra biləcək addımlardır. Bunu beynəlxalq strukturlar də görür. Təcili olaraq bunun qarşısını almaq üçün Ermənistanı dayandırmalıdırlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm