İrəvanda hər kəs İlham Əliyevdən danışır – Ermənistanda siyasi toqquşma yaradan STRATEGİYA
Bizi izləyin

Nida Təhlil

İrəvanda hər kəs İlham Əliyevdən danışır – Ermənistanda siyasi toqquşma yaradan STRATEGİYA

Prezident İlham Əliyevin Ermənistanın keçmiş və indiki hakimiyyətini tənqid etməsi bu ölkədə siyasi toqquşmaya səbəb oldu. Diqqətçəkən məqam odur ki, keçmiş və indiki hakimiyyət bir-birini ittiham edir, bunun fonunda bir sıra erməni şərhçi Azərbaycan liderinin haqlı olduğunu dilə gətirir.

26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın artıq bir neçə ildir dərin böhran içində olduğunu vurğuladı.

Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Onların generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordur. Bir halda ki 20 il ərzində bir ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib, bu ölkəyə nə ad vermək olar?”, - dövlət başçısı qeyd edib.

Prezident Ermənistanda hazırki hakimiyyətin diktatura rejimi qurduğunu, baş nazirin özü və ailəsinin qaçaqmalçılıqla məşğul olduğunu da vurğuladı. Bu nitq işğalçı ölkənin gerçək üzünü göstərməklə yanaşı, həm də Ermənistanın daxili siyasətinə heablanmış strateji xarakter daşıyırdı. Ermənistanın daxili siyasətində mövcud kataklizim fonunda Azərbaycan lideri dəqiq hədəfi vurmuşdu: keçmiş və indiki hakimiyyətin qarşılıqlı ittihamları Bakının istəyinə nail olduğunu sübut edir.

Keçmiş prezident Serj Sarkisyan Azərbaycan Prezidentinə guya cavab verməyə çalışdı, lakin çıxışında daha çox baş nazir Nikol Paşinyanı ittiham etdi. Sarkisyan bildirdi ki, “Nikol Paşinyan Ermənistanda korrupsiya və soyğunçuluq haqqında İlham Əliyevin fikirlərini təkrarlayır”.

Bundan sonra Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan bildirdi ki, “Ermənistan xalqının arxasında “beşinci kalon” fəaliyyət göstərir, Serj Sarkisyanın ailəsi bu qüvvələrin ayrılmaz hissəsidir”.

Bu qarşılıqlı ittihamlar “Ermənistanda Azərbaycanın “beşinci kalon”unun olması” ətrafında müzakirələri qızışdırdı. Müzakirələrə Paşinyan hakimiyyəti dövründə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş “Vətən” partiyasının sədri Artur Vanesyan qoşuldu və mövcud hakimiyyəti ittiham etdi.

Ermənistanın iki onillik keçmişi haqqında hazırki hakimiyyətinin qiymətləndirməsi İlham Əliyevin qiymətləndirməsi ilə üst-üstə düşür”, - Vanesyan iddia etdi.

Respublika Partiyasından olan Armen Aşotyan isə Nikol Paşinyanı “fırıldaqçı və böyük əclaf” adlandırıb.

Hazırda Ermənistanın keçmiş və indiki hakimiyyəti bir-birinə qarşı “Azərbaycanın “beşinci kalon”u olmaq” ittihamları yağdırırlar.

Erməni şərhçi Samvel Ohanesyan isə “armenianreport” saytında qələmə aldığı məqaləsində yazır ki, Azərbaycan prezidentinin Ermənistanın əvvəlki hakimiyyəti haqqında dedikləri ilə bütövlükdə razıdır: “Bununla yanaşı, Paşinyan ailəsinin qaçaqmalçılıqla, yaxud digər qara işlərlə məşğul olub olmadığını demək çətindir, yəqin ki, ölkədə hakimiyyət nə vaxts əvəzlənərsə, bu haqda həqiqətlər dəqiq ortaya çıxacaq”.

Lakin S.Ohanesyan Azərbaycan liderinin Ermənistanın daxili siyasətinə təsir gücünə daha çox diqqət çəkir.

Ohanesyan yazır ki, İlham Əliyevin hücumuna verilən reaksiya anlaşılmayandır.

Faktiki olaraq, Azərbaycan Prezidentinin bu çıxışından sonra indiki və keçmiş hakimiyyət bir-birinə qarşı hücuma keçdi. Görürük ki, Ermənistan daxilində Azərbaycanın zərbələrinə tuş gələn iki cəbhə bir-birini antimilli olmaqda ittiham etmək üçün yarışa girib. Burada təhlükəli məqam odur ki, köhnə və yeni siyasi elitanın bir-birinə qarşı nifrəti Azərbaycan üçün yaxşı fürsətdir və İlham Əliyev bu məqamdan ustalıqla istifadə etdi”, - Ohanesyan qeyd edir.

Azərbaycan liderinin bir çıxışı ilə Ermənistanda siyasi toqquşma yaratmasının strateji əhəmiyyəti böyükdür. Çünki siyasətdə ən böyük ustalıq rəqibi daxili çaxnaşmaya sürükləmək və lazımi anda bundan istifadə etməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm