• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

“Monoetnik dövlət olan Ermənistanda demokratiyadan söhbət gedə bilməz” – Aydın Quliyev

“Monoetnik dövlət olan Ermənistanda demokratiyadan söhbət gedə bilməz” – Aydın Quliyev

“Ölkə başçısının milli televiziyalara müsahibəsində mühüm istiqamətlərdən biri Ermənistanla bağlı maraqlı, düşündürücü fakt və mülahizələrin səsləndirilməsidir. Prezidentin səsləndirdiyi fikirlərin Ermənistanın bu gün dünyada beynəlxalq siyasət sahəsində göstərdiyi fəaliyyətin mahiyyətinin ifşa olunmasında böyük əhəmiyyəti var. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağ problemi ilə bağlı apardığı təcavüzkar siyasətin əsl mahiyyətini göstərmək və ifşa etmək baxımından əhəmiyyətlidir”.

Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ölkə başçısının çıxışının Ermənistanın daxili siyasətdə əslində, açıq diktatura rejiminin möhkəmləndirilməsinin müəyyən aldadıcı, demokratik manevrlər və görüntülərlə pərdələmək cəhdinin ifşa olunmasında böyük əhəmiyyəti var:

“Çox maraqlıdır ki, Ermənistanın bu gün dünya ictimaiyyətini aldatmaq üçün göstərdiyi mühüm fəaliyyətlərdən biri guya demoratik bir cəmiyyət quruculuğunu dünyaya göstərməkdir. Bəlli məsələdir ki, Paşinyan bu siyasətlə əslində, Dağlıq Qarabağ problemini öz xeyirlərinə həll etmək istəyir. Guya Ermənistanda əsl demokratik cəmiyyət quruculuğunu göstərərək Dağlıq Qarabağın ancaq belə bir demokratik cəmiyyətə inteqrasiya olunaraq yaşamasının mümkünlüyünü dünyaya çatdırmaq məqsədi güdür. Amma Prezident İlham Əliyev bir neçə dəqiqəlik müsahibədə Ermənistanın daxili rejiminin bütün anatomiyasını ifşa etdi. Eyni zamanda, sübut etdi ki, Ermənistanın 1998-ci ildən bu günə qədərki bütün daxili siyasi rejiminin anatomiyası hərbi cinayətkar xuntadan aşkar diktaturaya keçiddən ibarətdir. Özgələrinin torpağını işğal edən, insanları ata-baba yurdlarından qovan, məcburi köçkünə çevirən, məscidləri dağıdan və tarixi abidələri məhv edən monoetnik dövlət yaratmış bir ölkədə demokratiyadan söhbət gedə bilməz.

A.Quliyev qeyd edib ki, ölkə başçısı Ermənistanın apardığ siyasətin demokratik təqdim olunması siyasətini tamamilə ifşa etdi və Avropada erməni lobbisinin əsl mahiyyəti göstərildi: “Bu lobbi əslində, siyasi bir korrupsiya mexanizmidir. Prezidentin də qeyd etdiyi kimi, Avropa liderlərinin bu istiqamətdə araşdırma aparması olduqca əhəmiyyətlidir. Bundan əlavə, Qarabağ probleminin həlli yönümündə Ermənistanın aşkar təxribatlarına ATƏT-in Minsk qrupunun ünvanlı reaksiya verməsinin ölkə başçısı tərəfindən konkret şəkildə qoyulması düşünürəm ki, vacibdir və gələcəkdə Dağlıq Qarabağ probleminin həlli uğrunda sülh danışıqlarında da öz müsbət təsirini göstərəcək. Prezidentin Ermənistanla bağlı açıqlamaları bizim çoxdan şahidi olduğumuz Paşinyanla İlham Əliyevin debatlarında ölkə başçısının və dövlətimizin aşkar üstünlüyünü bir daha nümayiş etdirdi”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR