• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Paşinyan rejimi fiaskoya məhkumdur - Aydın Quliyev

Paşinyan rejimi fiaskoya məhkumdur - Aydın Quliyev

“İyulun 12-də Ermənistanın Azərbaycanla sərhəd hissəsi olan Tovuz istiqamətində baş verən təxribatın bütün məsuliyyəti Ermənistanın hazırkı siyasi rejiminin üzərindədir. Çünki Ermənistan rejimi Qarabağ probleminin həlli üzrə sülh danışıqlarının məzmunlu şəkildə davam etdirilməsində heç bir halda maraqlı deyil”.

Bunu Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, artıq dünya Dağlıq Qarabağ probleminin əsl mahiyyətini anlayıb:

“Hamı başa düşür ki, bu problem beynəlxalq hüquq normaları və tarixi ədalət prinsipi əsasında BMT-nin sənədləri, Helsinki Yekun Aktının prinsipləri bazasında həll olunmalıdır. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü prinsipi birmənalı şəkildə qəbul olunur. Ermənistanın millətlərin öz müqəddəratını təyin etməsi prinsipi çərçivəsində separatçı Qarabağ bölgəsini ayrı bir dövlətə çevirmək və Ermənistana birləşdirmək cəhdi tamamilə fiaskoya uğrayıb. Belə bir şəraitdə Ermənistanın sülh danışıqlarını pozmaq üçün müxtəlif variantlara əl atmaqdan başqa çarəsi qalmır. Bunun əyani sübutunu gördük. Ermənistan dünyada təklənib”.

A.Quliyev qeyd edib ki, bu cür təklənmə şəraitində Ermənistan Dağlıq Qarabağ probleminin həlli prosesinə özünün təmsil olunduğu müxtəlif hərbi-siyasi təşkilatları, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da cəlb etmək istəyir: “Ancaq bu gün Paşinyanın partiyasının parlamentdəki “Mənim addımım” fraksiyasının rəhbəri deputat Lilit Makunts bir bəyanatı ilə Ermənistanın bütün bu siyasətinin mahiyyətini ifşa etdi ki, həqiqətən Ermənistan sərhəd təxribatları ilə Qarabağ probleminin həlli prosesinə KTMT-ni də cəlb etmək istəyir. Makunts belə bir bəyanat verib ki, KTMT baş verən bu hadisəyə mütləq münasibət bildirməlidir. Ancaq KTMT-nin bu prosesə cəlb edilməsi yönündə Ermənistanın indiyə qədər atdığı addımların boşa çıxdığı kimi bundan sonrakı siyasəti, cəhdləri də boşa gedəcək. Digər tərəfdən, Ermənistan koronavirusla həm uğursuz mübarizədən, həm də ölkədəki ağır daxili sosial-iqtisadi vəziyyətdən erməni cəmiyyətinin diqqətini yayındırmaq üçün sərhədlərdə belə təxribatlara əl atmaqda maraqlıdır. Budəfəki təxribatın da məqsədlərindən biri erməni cəmiyyətinin diqqətini daxili sosial, iqtisadi, siyasi problemlərdən yayındırmaqdır. Amma bütün hallarda Paşinyan rejimi fiaskoya məhkumdur”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR