“Düşmən çoxsaylı itki verib, bunu ört-basdır etmək üçün...” - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

“Düşmən çoxsaylı itki verib, bunu ört-basdır etmək üçün...” - Hikmət Babaoğlu

“Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu. Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı”.

Bu sözləri Publika.az-a danışan deputat Hikmət Babaoğlu deyib.

O bildiri ki, ermənilər ilk növbədə müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə başladı:

“Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və elə ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) belə Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi. İndi isə Ermənistan informasiya təxribatı etməklə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə olan ictimai həmrəyliyi pozmağa cəhd gösərir . Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürürlər. Bu, düşmənin informasiya təxribatıdır. Əsla və əsla bu təxribata inanmaq, onu ciddiyə almaq olmaz. Əslində itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur”.

H.Babaoğlu qeyd edib ki, sosial media iştirakçıları çoxsaylı erməni hərbiçilərinin şanlı ordumuz tərəfindən öldürülməsilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da işğalçı ölkənin rəsmi qrumları hələ də bunu etiraf etmək istəmirlər: “Ancaq operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qrumlarının yaydığı videogörüntülərdən də aydın olur ki, düşmən canlı qüvvə baxımından da çoxsaylı itiki verib. Hazırda erməni tərəfi bu görüntülərin işğalçı ölkədə də izlənildiyini bilir və bunu ört-basdır etmək üçün vəziyyəti bir növ balanslaşdırmaq istəyir. Ona görə də bizim sosial məkanımıza yalan informasiyalar ötürməklə öz etdiyini, yəni itkiləri gizlətdiyini guya Azərbaycan edirmiş kimi bir rəy formalaşdırmağa çalışır. Bu reallığı əks etdirmir və sosial şəbəkə iştirakçlarımızın heç biri düşmənin bu informasiya təxribatı tələsinə düşməməlidir. Erməni təxribatı başlayandan bəri Müdafiə Nazirliyinin müvafiq qrumları heç bir halda hadisəylə bağlı informasiya qıtlığının yaranmasına yol vermədilər və real informasiyanı Azərbaycan mediası və ictimaiyyətilə bölüşdülər. Biz buna inanmalıyıq və əsla düşmən təxribatının media məkanımızı və nəticə etibarilə ictimai rəyimizi manipulyasiya etməsinə izin verməməliyik”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm