Tovuz təxribatı göstərdi ki, ermənilər daşnakdırlar və... - Rauf Zeyni
Bizi izləyin

Nida Təhlil

Tovuz təxribatı göstərdi ki, ermənilər daşnakdırlar və... - Rauf Zeyni

“Erməni təxribatı 30 il ərzində Azərbaycan sərhədində, təmas xəttində daim olub və o təxribatların hər birinin arxasında əlbəttə ki, məqsədyönlü şəkildə siyasət dayanır. Ermənilər hansısa formada Azərbaycanı müharibəyə cəlb etmək, dünya ictimaiyyətində ölkəmizlə əlaqədar olaraq bizim onları öldürməyimiz, Ermənistana hücum etməyimiz barədə yalan məlumatlar yaymaq istəyirlər”.

Bunu Publika.az -a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.

O bildirib ki, iyulun 12-dən ermənilərin Tovuz sərhəddində törətdiyi təxribatlar ölkəmizi belnəlxalq aləmdə təxribatçı ölkə kimi göstərmək məqsədi güdür:

“Paşinyan hakimiyyətə gələn gündən bu cür təxribatlar baş verir. Onlar hər cür təxribata əl atır ki, Azərbaycanın beynəlxlaq imicinə zərbə vurulsun. Bu cür üsullara əl atırlar ki, guya Azərbaycan sülh danışıqlarını istəmir və yalnız müharibəyə üstünlük verir. Bu təxribatların hamısı bizə onu deməyə əsas verir ki, Ermənistan siyasi danışıqlarla işğal etdiyi torpaqlardan ordusunu çıxarıb torpaqlarımızı bizə qaytarmaq niyyətində olmadığını bir daha sübut etdi. Bu, çox ciddi məsələdir. Biz 30 ildir diplomatik danışıqlara üstünlük veririk və düşünürük ki, bir gün BMT-nin qətnamələri icra oluncaq və Ermənistan ordusu Dağlıq Qarabağdan çıxacaq. Beləliklə, yüzlərlə, minlərlə insanın ölümünün qarşısı alınacaq və sülh yolu ilə bu problem həll olunacaq. Amma təəssüflər olsun ki, demokratiya adı altında küçədən hakimiyyətə gələn Nikol Paşinyan özünü demokrat və sülhsevər göstərirdi. Ancaq biz deyirdik ki, elə bir şey yoxdur və o yalançı obrazdır”.

R.Zeyni qeyd edib ki, son günlər baş verən Tovuz təxribatı göstərdi ki, ermənilər düşüncə nöqteyi-nəzərdən daşnakdırlar və bu düşüncədən bir addım da kənarlaşmayıblar: “Onlar öz dəstəkçilərinə sığınaraq hər cür addımları atırlar və təxribatlar törədirlər. Düşünürəm ki, Prezident İlham Əliyevin göstərişi ilə düşmənə layiqli cavab verildi. Bütövlükdə ictimaiyyət ölkə başçısının yanındadır və onlar tələb edir ki, bu məsələyə birdəfəlik son qoyulmaldır. 30 ildir ki, əhali gözləyir. Erməni işğalçıları, terrroristləri ölkəmizdən çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bütün təxribatlara son qoyulmalıdır. Azərbaycanın həm beynəlxalq hüquq çərçivəsində, həm də beynəlxlaq təşkilatların verdiyi qərarlar çərçivəsində öz torpaqlarını işğalçılardan azad etmək hüququ vardır. 30 il ərzində biz bütün diplomatik imkanlardan istifadə etdik və görürük ki, bu danışıqlar heç bir nəticə vermir. Bu halda Azərbaycan öz torpaqlarını hərbi yolla erməni vandallarından azad etmək səlahiyyətinə sahibdir və bu daxili məsələmizdir. Əhali bunu gözləyir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm