Ordumuzun darmadağını erməniləri BUNA MƏCBUR ETDİ: Paşinyan itkiləri gizlətmək üçün...
Bizi izləyin

Nida Təhlil

Ordumuzun darmadağını erməniləri BUNA MƏCBUR ETDİ: Paşinyan itkiləri gizlətmək üçün...

Nikol Paşinyan dünən axşam saatlarında (bir neçə saat öncə) müdafiə naziri və baş qərargah rəisi ilə görüş keçirdi. Görüşdə Tovuz istiqamətində gedən döyüşlərin müzakirə edildiyi bildilir, lakin Ermənistan mediası itkilərlə bağlı cəmiyyətə necə açıqlama verilməsi üzərində müzakirələrin aparıldığını da yazır.

Bu görüş yerli saatla 22:00 radələrində keçirildi. Saat 23:00-da Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın baş verənlərlə bağlı mətbuat konfransının planlaşdırılması da Paşinyanın müdafiə naziri ilə görüşdə itkilər məsələsini müzakirə etdiyini təsdiqləyir. Ovannisyanın itkilərlə bağlı açıqlama verib-verməyəcəyinə həmin görüşdə qərar veriləcəkdi.

Ovvanisyanın konfransı təyin olunan vaxtdan təxminən 20 dəqiqə gec başladı və o, itkilərlə bağlı heç bir açıqlama vermədi, yalnız yaralıların olduğunu və müalicə aldıqlarını bildirdi. Görünür, məlum görüşdə itkilərin gizlədilməsi qərarı verilib.

Erməni hərbi birləşmələrinin itkiləri

Rəsmi məlumatda 4 erməni hərbiçinin öldürüldüyü açıqlanır: mayor Hamuş Ambartsumyan, kapitan Sos Elbakyan, kiçik çavuş Smbat Qabrielyan və kiçik çavuş Qrişa Matevosyan. Bundan öncə də iki polis və 3 hərbiçinin yaralandığı açıqlanmışdı.


Lakin sosial şəbəkələrdə erməni istifadəçilər yüzlərlə ölü və yaralının olmasından bəhs edirlər. Xüsusilə qohumları Tavuş rayonunda hərbi xidmətdə olan ermənilər belə məlumatları yayır. Azərbaycan Ordusunun vurduğu nöqtə zərbələri də bu məlumatların doğruluğunu təsdiqləyir.

13 iyul: düşmənin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu Ordumuzun dəqiq atəşi ilə darmadağın edildi.



14 iyul: erməni hərbi birləşmələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi məhv edildi.

14 iyul: düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edildi.

15 iyul: düşmənin döyüş texnikası məhv edildi.



Son iki gündə erməni hərbi birləşmələrinin çoxsaylı texnikası və yüzlərlə canlı qüvvəsi məhv edilib. Bunu endirilən zərbələrin görüntüləri də sübut edir.

İtkilər necə gizlədilir?

Ermənistanın hərbi-siyasi rəhbərliyi itkilərin mediada yayımlanmaması üçün senzura tətbiq edir. İyulun 12-də Tovuz istiqamətində hücumlar başlayandan etibarən bu ölkənin müxalif-müstəqil media resursları (irates.am, 7or.am və digərləri) bloklanıb, həmçinin, sosial şəbəkələrdə itkilərlə bağlı məlumat yayan profillər kütləvi şəkildə şikayət olunaraq, bağlanır.

Ermənilər qaçır...

“Aprel müharibəsi”ndə olduğu kimi indi də Tavuş rayonunda yaşayan ermənilər evlərini tərk edərək, Lori, Kotayk və Gekarkunikə üz tuturlar. Hakimiyyət kütləvi qaçışın qarşısını almaq məqsədilə rayonun giriş-çıxışına polis postları qurub. Polis postları həm də döyüşlərin getdiyi bölgədən dəqiq məlumat almaq istəyən jurnalistlərin əraziyə daxil olmasına imkan vermir. Bu haqda postda saxlanılan “Hetq” saytının jurnalistləri açıqlama verib. Bu, həm də erməni ictimaiyyətinin real itkilərlə bağlı məlumat əldə etməsinin qarşısını almağa hesablanıb. Yeri gəlmişkən, bu açıqlamadan sonra Hetq.am saytı da bloklanıb.

Ermənistanın föqəladə hallar naziri Feliks Solakyan sərhəd rayonlarının sakinlərinə hər an təxliyə edilmək üçün hazır olmalarını tövsiyə edib. Artsrun Ovannisyanın “ümid edirik ki, təxliyəyə ehtiyac qalmayacaq” açıqlaması da vəziyyətlərinin ağır olduğundan xəbər verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm