Ermənilər bu mövqeləri qəsdən vurdu - Cəfəroğlu
Bizi izləyin

Nida Təhlil

Ermənilər bu mövqeləri qəsdən vurdu - Cəfəroğlu

Ermənistan məqsədyönlü şəkildə Azərbaycana qarşı təxribat törədir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda mülki əhaliyə, yaşayış məntəqələrinə atəş açması haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan tərəfinin mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açması, zərər verməsi beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq deməkdir:

“Biz məsələ ilə bağlı bütün QHT-lər adından beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində hərbi müdaxilə cəhdləri, eyni zamanda mülki əhaliyə, təsərrüfat sahələrinə qəsdən və bilərəkdən zərər vurması haqda ətraflı məlumat əks olunub. Bununla yanaşı, hücumların məhz Ermənistan tərəfdən baş verdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü qoruduğunu da qeyd etmişik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm