Millət vəkili xalqa ÇAĞIRIŞ ETDİ: “Şəhidlərimizin qanı bahasına qazandığımız uğurları...”
Bizi izləyin

Nida Təhlil

Millət vəkili xalqa ÇAĞIRIŞ ETDİ: “Şəhidlərimizin qanı bahasına qazandığımız uğurları...”

“Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və Vətən uğrunda şücaətlə mübarizə aparmağa qadirdir. Bununla yanaşı, ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, “İrəli, irəli, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə etdi”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, təəssüf ki, ötən gecə aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, Ordu və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışdı: “Aksiya iştirakçılarının əksəriyyəti polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib, Orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olub, binaya zərər vurub və parlamentin foyesində “Allahu Əkbər” şüarları səsləndirib. Xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik” .

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm