Xarici İşlər naziri bu gün arxa planda qalırsa... – Fazil Mustafa
Bizi izləyin

Nida Təhlil

Xarici İşlər naziri bu gün arxa planda qalırsa... – Fazil Mustafa

“Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyd etdi ki, Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Bu məsələyə mən bir neçə ay öncə də fikir bildirmişəm. Bu, kifayət qədər ciddi bir məsələdir. XİN lazımi fəaliyyəti göstərə bilmir”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyəti çox bərbad vəziyyətdədir:

“Bütün məsələlər öz əskini tapır. Prezident İlham Əliyev də çox düzgün qeyd etdi. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilib. Həqiqətən də bu qurum lazım olan vəzifəni yerinə yetirə bilmir. Bu, çox acınacaqlı durumdur. Çünki belə bir vəziyyətdə hər hansısa bir şəkildə, bu formatda fəaliyyət göstərmək bütün hallarda Azərbaycanın milli maraqlarına uyğun deyil.

Müharibə gedən ölkədə Xarici İşlər naziri yerində olmalıdır. İyulun 12-dən Tovuzda hərbi əməliyyatlar gedir. XİN rəhbəri bu kimi məsələlərdə hər hansısa bir şəkildə arxa planda qala bilməz. Əgər Xarici İşlər naziri arxa planda qalırsa, burada başqa niyyətlərin olduğu anlamına gəlir. Bu niyyətlərə də cəmiyyətimiz hər halda şübhə ilə yanaşır. Bu, yolverilməzdir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm