Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini göstərdi - Deputat
Bizi izləyin

Nida Təhlil

Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini göstərdi - Deputat

“Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini, Orduda mövcud olan yüksək döyüş əhval-ruhiyyəsini göstərdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, generalımızın əsgərlə birlikdə səngərdə şəhid olması Azərbaycan xalqının torpaqlarımızın bütövlüyünü qorumaq əzmində olduğunu və Ermənistanın istənilən provakasiyasına cavab vermək gücünün mövcudluğunu göstərir:

“Qısa zamanda Ermənistana layiqli cavabın verilməsi, Azərbaycanın beynəlxalq aləmdə siyasi dəstək alması ölkəmizin haqq yolunda olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev dünənki iclasda həm döyüşləri qiymətləndirdi, həm də Azərbaycan Ordusunun hazırlığına, cəmiyyətimizin vətənpərvərliyinə yüksək qiymət verdi. Çirkin əməlləri törədən ermənilərə Ordumuz tərəfindən layiqli cavab verilib. Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi orada hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub və diktatura hökm sürür. Ona görə də indi Ermənistan rəhbərliyinə böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın.

Təxribatçı ermənilərin cavabı çox ağır formada verilib. Onların itkisi bizdən dəfələrlə çoxdur. Etiraf etməsələr də, 100-dən çox canlı itkiləri var. Artıq yavaş-yavaş ölənlərin adlarını açıqlayırlar. Ölkə başçısı bildirdi ki, Ermənistanın provakasiyasına bundan sonra da ən yüksək səviyyədə cavab veriləcək. Həmçinin on minlərlə Azərbaycan gəncinin paytaxtda və regionlarda küçəyə çıxaraq Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, Ordu ilə xalq birdir və Ali Baş Komandanın apardığı siyasət cəmiyyət tərəfindən dəstəklənir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm