Erkin Qədirli erməni təxribatı haqqında: “Bu üstünlükdən yararlanmalıyıq”
Bizi izləyin

Nida Təhlil

Erkin Qədirli erməni təxribatı haqqında: “Bu üstünlükdən yararlanmalıyıq”

“Ermənistanı düşmən adlandırmağımla bağlı anlaşmazlığın yarandığını gördüm bəzilərində. İcazənizlə, izah edim. “Düşmən” etik anlayış deyil, situativ termindir. O, vəziyyəti təsvir edir, vəziyyətə düşənləri deyil”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli qeyd edib. Ermənilərin təcavüzkar addımlarını şərh edən millət vəkili dünən ARB24 kanalında çıxışı zamanı səsləndirdiyi “Ermənilərin bizə etdikləri təxribat deyil, düşmənçilikdir” fikrinə aydınlıq gətirib:

“Yaxşı insanlar da düşmən ola bilirlər. Düşmənlik rəqabət hallarından biridir. Hər bir rəqabətdə olduğu kimi, düşmənlikdə də qarşı tərəfə nifrət etməyin faydası yoxdur. Ümumiyyətlə, düşmənliyi nifrətlə eyniləşdirmək doğru deyil. Rəqabətdə olduğu kimi, düşmənlikdə də qarşı tərəfə hörmətlə yanaşmaq lazımdır ki, ona qalib gələ biləsən. 90-cı illərin əvvəllərində ermənilərə uduzmağımızın səbəblərindən biri düşmənə hörmətlə yanaşmamağımız oldu. Biz erməniləri ciddiyə almırdıq, elə bilirdik ki, onlara asan qalib gələ biləcəyik. Yanıldıq. İndi görünən odur ki, bizim 90-larda etdiyimiz yanlışı ermənilər təkrarlayırlar. Elə bilirlər, biz savaşa bilmirik, uduzmağımızla barışmışıq, torpaqlarımızı unutmuşuq və s. Bu, yaxşıdır. Hər bir rəqabətdə olduğu kimi düşmənlikdə də ciddiyə alınmamaq üstünlükdür. Bu üstünlükdən yararlanmalıyıq. Napoleonun dediyi kimi - düşməniniz yanılanda, ona mane olmayın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm