Aydın Quliyev: "Ermənistan hakimiyyətini kənar qüvvələr idarə edir"
Bizi izləyin

Nida Təhlil

Aydın Quliyev: "Ermənistan hakimiyyətini kənar qüvvələr idarə edir"

“Biz artıq neçənci dəfədir ki, Prezident İlham Əliyev tərəfindən Ermənistanın bugünkü hakimiyyətinin apardığı siyasətin və erməni dövlətçiliyinin mahiyyəti barədə maraqlı və diqqət çəkən açıqlamaların şahidi oluruq. Bu açıqlamalar bu gün dünyada sülhün və təhlükəsizliyin taleyi üçün narahat olan bütün qüvvələrin diqqətini cəlb etməlidir”.

Bu fikirləri Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı əvvəlki çıxışlarında Ermənist dövlətinin faşist-diktatura mahiyyətinin ifşa olunmasının ardınca bu dəfə Ermənistan hakimiyyətinin xarici ölkələrdə hansı qüvvələrə bağlı olması ilə bağlı çox maraqlı fikirlər səsləndirdi: “Ermənistanda hakimiyyətdə olan komandanın ABŞ-ın böyük bir fondunun rəhbərinin adamları olması, onun planı və ssenariləri əsasında hərəkət etmələri bizim regionumuz üçün ciddi təhlükə kəsb edən bir hadisədir. Təsadüfi deyil ki, dövlət başçısı da diqqəti məhz ona yönəltməyə çalışdı. Bu gün Ermənistanda hakimiyyətdə olanlar Soros fondunun ssenarisi əsasında hərəkət etdiklərinə görə onların apardıqları siyasət bizim regionda sülhə, təhlükəsizliyə xidmət edə bilməz. Bir daha aydın olur ki, Ermənistanın regionda apardığı siyasət təkcə Azərbaycanın əleyhinə çevriməyib, eyni zamanda bu siyasət bütün regionda sülhə və təhlükəsizliyə qarşı çevrilib. Çünki onlar regionda olan hansısa qüvvə və bu regionda marağı olan yaxın qonşu dövlətlər tərəfində deyil, uzaq bir dövlətin müəyyən fondları və siyasi dairələri tərəfindən idarə olunur. Bu, ciddi bir siqnaldır ki, MDB rəhbərliyi, KTMT-nin rəhbərliyi Ermənistanda bu gün hakimiyyətdə olan bu komandanın özünün siyasi genetikası baxımından hara bağlı olmasından çox ciddi nəticələr çıxarsınlar”.

A.Quliyev qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir və onların sifarişini icra edir: “Bu, eyni zamanda KTMT-yə üzv olan ölkələri düşündürməməlidir. Ermənistanın KTMT-ni necə diskreditasiya etməsi, təşkilatın baş katibini həbs etməsi, bir il ərzində bu təşkilata yeni baş katibin təyin olunmasına imkan verməməsi faktları ortadadır. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Çünki hər şey göz qabağındadır. Həqiqətən də Ermənistan Soros fondunun nümayəndələri tərəfindən idarə olunduğu üçün biz bu gün bu ölkənin həm MDB sistemində pozuculuq rolunu görürük, həm KTMT-də pozuculuq siyasətini, həm də bizim regionda, xüsusilə də Qarabağ probleminin sülh yolu ilə tənzimləmə prosesində pozuculuğunun şahidi oluruq. Prezident İlham Əliyev çox dəqiq ifadə etdi ki, bu istiqamətdə Ermənistanın pozuculuq siyasəti əsasən onunla bağlıdır ki, Ermənistan hakimiyyəti tamamilə kənar qüvvələr tərəfindən idarə olunur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm