• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Azər Badamov: "Prezidentin siyasətinin təməlində insan faktoru dayanır"

Azər Badamov: "Prezidentin siyasətinin təməlində insan faktoru dayanır"

“Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır. Mart ayında ölkə başçısı pandemiyanın təsirlərini minimumlaşdırılması üçün tədbirlərin hazırlanması barədə hökumətə tapşırıq verdi. Hökumət müəyyən strukturların rəhbərləri ilə işçi qruplar yaratdı və dövlət dəstəyi göstəriləcək tədbirlərin üç istiqaməti müəyyənləşdirildi. Bu istiqamətlər makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına dövlət dəstəyi, məşğulluğa və sosial rifaha dövlət dəstəyi və bu sabitliyin qorunmasına dövlət dəstəyindən ibarət oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, ümumilikdə götürdükdə dövlət dəstəyi proqramlarına 3,5 milyard manat vəsait nəzərdə tutuldu və bu tədbirlər 5 milyona yaxın insanı əhatə etdi: “Bu tədbirlərin əhalinin sosial rifahının pisləşməsinin qarşısının alınmasına dövlət dəstəyi istiqaməti birbaşa əhalinin aztəminatlı təbəqəsinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərir. Həyata keçirilməyə başlanan tədbirlər əhalinin həm işləyən, həm də işləməyən kateqoriyalarını əhatə etdi. Yəni, dövlət və özəl sektorda işləyənlərin iş yerlərinin saxlanılması, pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin tədbirləri nəticəsində iş yerlərin bağlanmamasına, əmək haqların dövlət tərəfindən ödənilməsi ilə təmin olunaraq dəstək göstərilir. Biz bilirik ki, pandemiyanın birbaşa təsir göstərdiyi 20 sahənin 11-də fəaliyyət tamamilə dayanıb, 9-da isə qismən davam etdirilməkdədir. Bu da həmin sahələrin iqtisadi tənəzüllünə yol açdı. Dövlət bu sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və çalışanların əmək haqların ödənilməsinə dövlət dəstəyinin göstəilməsi ilə postpandemiya dövründə yenidən iqtisadi fəallığının bərpa olunmasında müəyyən çətinliklərlə qarşılaşmasının qabağını almış olur. Beləliklə dövlət 910 min dövlət və 600 min özəl sektorda işləyən insanların əmək haqlarının ödənilməsini dəstəkləyib”.

Deputatın sözlərinə görə, 2 milyondan çox insanın sosial təminatının davamlı olmasına dövlət dəstəyi verilib, işləməyən insanlar üçün 90 min ödənişli ictimai iş yerlərinin yaradılmasına dövlət başçısı tapşırıq verib: “Qeyri formal və ya işləməyən 600 min şəxs üçün aprel-may aylarında, 290 min şəxs üçün isə iyun ayında 190 manat birdəfəlik müavinət ödənilib, sosial yardım proqramının şərtləri sadələşdirilməklə əhatə dairəsi genişləndirilərək 85 min nəfərə çatdırılıb. Dünya Banıkının, BMT-nin İnkişaf Fondunun iştirakı ilə 12 min nəfər maarifləndirilib, biznes planları tərtib edilməsinə dövlət dəstəyi verilməklə aktivlərlə təmin olunması nəzərdə tutulub. Dövlət dəstəyi tədbirləri çərçivəsində 20 min şəxsə işsizlikdən sığorta ödənilib, vaxtı bitmiş pensiyaçılara, işsizlikdən sığortaya cəlb olunan və ünvanlı sosial yardım alan şəxslərin ödənişləri karantin dövründə davam etdirilib. Aztəminatlı ailələrə 100 mindən çox ərzaq payı göndərilib, ahıl şəxlərə 15 mindən çox sosial xidmət göstərilib. Bu proqramlar çərçivəsində həm də aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi də dövlət hesabına həyata keçirilməkdədir”.

A.Badamov qeyd edib ki, ölkəmiz pandemiya dövründə həyata keçirilən dövlət dəstəyi proqramlarının əhatə dairəsi və xərclənən maliyyənin miqdarına görə dünyada öndə olan ölkələrin sırasındadır: “Pandemiya həyatımıza girəndən Prezident İlham Əliyev qeyd etdi ki, biz iki amil qarşısında seçim etməliyik. Ölkədə iqtisadi fəallığın qorunması və ya insanların sağlamlıqlarının qorunması. Təbii ki, biz vətəndaşlarımıza üstünlük verdik və insanların sağlamlıqlarının qorunmasını önə çəkərək yuxarıda qeyd etdiyim tədbirləri həyata keçirərək hər bir vətəndaşın məşğulluğunun qorunması və sosial rifahının yaxşılaşmasına addımlar atıldı. Bütün bunlar bir daha onu göstərdi ki, dövlət başçısının siyasətinin təməlində insan faktoru dayanır. Təbii ki, dövlətimizin gördüyü bütün bu tədbirlər xalqımız tərəfində çox yüksək dəyərləndirilir və prezidentə ünvalanan on minlərlə məktublarda xalq ölkə başçısına təşəkkürünü bildirməklə məmnunluğunu ifadə edir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR