Fəzail Ağamalı: Bu tədbirlər davamlı olacaq
Bizi izləyin

Nida Təhlil

Fəzail Ağamalı: Bu tədbirlər davamlı olacaq

“Dövlət başçısı İlham Əliyev dünən keçirdiyi müşavirədə bir neçə məsələlərə toxundu və qarşıda duran vəzifələri qeyd etdi. Xüsusi olaraq ciddi xarakter daşıyan və dünyada böyük bəlaya çevrilən pandemiya və onunla mübarizədən danışıldı. Bu mübarizədə ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, xüsusilə də Operativ Qərargahın və hökumətin pandemiyaya qarşı mübarizədə vermiş olduğu töhfələr və digər vacib məslələr önə çəkildi”.

Bu fikirləri Publika.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə hər şeydən əvvəl dövlətin başlıca vəzifəsi insanların sağlamlığının, maddi rifahının qorunmasıının və buna yönəlmiş olan tədbirlər hökumətin, dövlətin ən çox diqqət etdiyi məsələ olduğunu vurğulayıb: “Buna yönəlmiş tədbirlər hər zaman diqqətdə olub. Dövlət başçısı bildirdi ki, iqtisadiyyatımızı gücləndirmədən indiki zaman kəsiyində vətəndaşlarımızın sağlamlığını və sosial problemlərini həll edə bilmərik. Bu gün əsas məqsəd də pandemiyanın yaratdığı qlobal çöküşlərdən Azərbaycanı sığortalamaqdır. Bu baxımdan dünya səviyyəsində iqtisadiyyatın çökməsi ilə müqayisədə ölkəmiz nisbətən az itkilərə məruz qalıb. Buna baxmayaraq bundan sonra da əhalinin sosial vəziyyətinin müdafiəsi üçün həyata keçirilən tədbirlərin davamlı olacağını dövlət başçısı xüsusi olaraq diqqətə çatdırdı”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev iyul-avqust aylarında işsizlərə və iş yerini itirənlərə müavinətin verilməsi məsələsini dövlətin başlıca prinsipi olaraq elan edib: “Digər tərəfdən həm də sahibkarlara yenə də dövlətin imkanları daxilində yardım göstəriləcəyi Prezident tərəfindən xalqa çatdırıldı. Əslində, bu bəlaya qarşı aparılan mübarizədə Azərbaycan dövlətinin illərdən bəri əldə etdiyi düzgün sosial-iqtisadi strategiyayanın sayəsində qazanılan ehtiyatlardan istifadə etməklə ölkədə sosial gərginliyin artmasının qarşısı alınır. Bununla bərabər dövlət özündən asılı olan bütün mümkün tədbirləri görür. Vətəndaşların da üzərinə böyük məsuliyyət düşür ki, karantin rejiminin tələblərinə əməl etsinlər. Müxtəlif tələbatlarımızı ödəmək üçün küçəyə çıxdıqda, qapalı məkanlara getdikdə maska taxmalı və sanitar qaydalara əməl etməliyik. Belə olduğu halda bu mübarizədən biz uğurla çıxa bilərik və bir sıra iri ticarət mərkəzlərinin, digər bu növ məkanların fəaliyyəti bərpa oluna bilər. Bütün Xəzər sahili boyu yerləşən və açıq havada olan iaşə müəssisələrinin də fəaliyyəti bərpa olunmalıdır. Çimərliklərə icazə verilibsə, bu ərazilərdə olan kafe və restoranların da açılması mümkün ola bilər. Hər şey vətəndaşlardan asılıdır. Dövlət insanlara qayğı göstərir, onların maddi vəziyyətini düşünür və xalqın sosial rifahını yaxşılaşdırılması üçün tədbirlər hazırlanır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm