Nida Təhlil
Bütün sektorlarda islahatlar aparılır - Deputat
“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması strateji qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər. Ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir. Bu islahatlar bütün sektorlarda üfüqi və şaquli vektor üzrə aparılır.Yəni islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır”.
Bu sözləri Publika.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
O bildirib ki, COVID-19 pandemiyasının yaratdığı qlobal şərtlər sosial izolyasiya şəraiti içərisində iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir: “Buna görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdirmək üçün yeni və effektiv metodların tapılması, tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır. Digər tərəfdən hazırda bütün dünyada sərmayə qıtlığının yarana biləcəyi bir vaxtda milli resursların, xüsusilə dövlət şirkətlərinin iqtisadi potensialının investisiya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir. Ona görə də sərəncamda qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür”.
Deputat qeyd edib ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur: “Əslində bu, həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın. Ona görə də sərəncamda azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi diqqət edilib. Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin xüsusi çəkisi böyükdür. Onların məşğulluqda payı təqribən 25%-dir. 15 ən böyük dövlət müsəssisəsinin aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulu ilə müqayisə edilə bilən səviyyədədir. Bu nəhəng iqtisadi və maliyyə potensialıdır ki, onun iqtisadi münasibətlər sistemində realizə olunması hətta sıçrayışlı iqtisadi dinamika yarada bilər. Bu da iqtisadi inkişafımızda tamamilə yeni mərhələ yaradacaq”.
Akqabay Mıradov
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO