• USD 1,7000 0,00% EUR 1,9850 +0,38%
    • GBP 2,1863 +0,71% RUB 0,0215 -0,93%

Paşinyanın qolundakı sərvət: milyon dollarlıq saat hansı yolla alınıb? - FOTOFAKT

Paşinyanın qolundakı sərvət: milyon dollarlıq saat hansı yolla alınıb? - FOTOFAKT

BBC-nin “Hard Talk” verilişi Ermənistanın baş naziri Nikol Paşinyanın təkcə siyasi savadsızlığı və rüsvayçılığını deyil, həm də zadəgan həyat yaşadığını ortaya çıxardı.

Publika.az
xəbər verir ki, verilişdə jurnalist Stiven Sakurun çətin sualları qarşısında isterik vəziyyətə düşən erməni baş nazir əl-qolunu ölçür, pis ingiliscəsi ilə Ermənistanın işğalçı siyasətini müdafiə etməyə çalışırdı.

Veriliş boyunca Nikolun sərsəm fikirlərindən çox qolundakı saat diqqət çəkirdi.

Erməni baş nazirin qolundakı saatın fotolarını yaxından analiz edəndə onun “Patek Philippe” markasına məxsus olduğu məlum olur. Bu saatın qiyməti 1,3 milyon dollardır.

Statistik məlumatlar və Ermənistan mediasında yayımlanan faktlarda bu ölkədə əhalinin 50 faizinin yoxsulluq həddə yaşadığını, həmçinin, şəxsi mənzilinin olmaması qeyd olunur. Koronavirus pandemiyası Ermənistanın sosial-iqtisadi vəziyyətini iki qat pisləşdirib. Bu situasiya fonunda Nikolun 1,3 milyon dollarlıq saat taxması suallar yaradır.

- Ermənistan nə karbohidrogen ehtiyatları malik olan, nə də turizm ölkəsidir;

- Nikolun hakimiyyətə gəlişindən sonra biznes mühitinin monipoliyaya alınması xatici investorları, hətta erməni biznesmenlərin özünü də ölkədən qaçmağa məcbur edib;

- Bu ölkə hazırda yalnız xarici ianələr və erməni diasporunun illik yardımları ilə yaşayır. Son dövrlər bu ianə və yardımların azaldığına dair məlumatlar var;

Bəs, Paşinyan milyon dollarlıq saatı necə alıb? Axı o, sosial şəbəkələrdə canlı yayımlar zamanı sadə paltar geyinir və tez-tez kasıb həyat yaşadığını gözə soxur. Bunların görüntü olduğu məlum idi, “Hard Talk” verilişində ortaya çıxan saat faktı bunun növbəti sübutu oldu.

Nikolun qolundakı sərvət diqqəti erməni baş nazir və ailəsinin, eləcə də qohumlarının silah, narkotika, tütün və almaz qaçaqmalçılığı ilə məşğul olması haqda deyilənlərə çəkir. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan uzun müddətdir Nikol Paşinyan və ailəsinin qeyri-qanuni ticarət şəbəkəsinə rəhbərlik etməsi haqda faktlar açıqlayır. Paşinyan ailəsi bunu təkzib etsə də, Minasyanın açıqladığı faktlar qarşısında daha çox susmağa üstünlük verirlər. 1.3 milyon dollarlıq saat faktı Paşinyanın əsas gəlirinin qeyri-qanuni ticarət olduğunu sübut etdi.

Ermənistan xalqı aclıq və yoxsulluq içində boğularkən, baş nazirləri milyon dollarlıq saat taxır.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR