Deputat: "Qobu" Elektrik Stansiyası ölkəmizin inkişafına yeni rəng qatacaq
Bizi izləyin

Nida Təhlil

Deputat: "Qobu" Elektrik Stansiyası ölkəmizin inkişafına yeni rəng qatacaq

“Energetika sektorunu inkişaf etdirmədən ölkənin iqtisadi inkişafından danışmaq mümükün deyil. Ölkənin elə bir sektotoru yoxdur ki, orada elektrik enerjisindən istifadə olunmasın. Digər tərəfdən, əhalimizin demoqrafik artımı da ümumi istehlak olunan enerjiyə təlabatı artırır. Ölkəni dayanıqlı elektrik enerji ilə təmin olunması və ixrac potensialının yaradılması üçün mütləq yeni elektrik stansiyaların tikintisinə ehtiyac yaranır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin energetika sektoruna yeni həyat verilib: “2004-cü ildən həyata keçirilməsinə başlanan Regionların sosial iqtisadi inkişafı proqramlarının uğurlu icrası sayəsində son illər güclərini itirən köhnə elektrik stansiyalar yenidən qurulub, 30-dan çox müxtəlif generasiya gücünə malik elektrik stansiyaları tikilib istismara verilmişdir. Neft qiymətlərin düşdüyü və pandemiyanın təsirlərindən dünyanın iqtisadi böhranla qarşılaşdığı bir zamanda ölkəmizdə bu ilin 7 ayında iqtisadi azalmanın bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq cəmi -2,8% olması və sənayedə +13% artımın əldə edilməsində təmin olunmuş dayanıqlı energetika sisteminin böyük rolu var. Bu gün Prezdentin təməli qoyduğu 385 meqavat gücündə "Qobu" Elektrik Stansiyasının ölkəmizdə enerji təminatının dayanıqlılığı və təhlükəsizliyinin təminatı baxımından xüsusi yeri olacaq. Həm yükgötürmə gücü 1000 meqavat olan "Qobu" Yarımstansiyasının tikintisinin başa çatdırılmısı və 380 meqavat generasiya gücünə malik "Qobu" Elektrik Stansiyasının tikilməsi Bakı və Abşeron yarımadasının enerji təminatının Mingeçevir İstilik Elektrik Stansiyasından asılılığını aradan qaldıracaq.

Deputat qeyd edib ki, bu stansiyanın tikilib istismara verilməsi iki il bundan əvvəl Mingeçevir İstilik Elektrik Stansiyasında baş verən qəza zamanı bütün ölkənin elektrik sisteminin dayanması kimi hallarının təkrar olunmasının qarşısını alacaq: “Görülən işlə və tikintisi aparılan energetika sistemindəki yeniliklər hər hansı bir stansiyada və nəql etmə xətlərində qəza baş verdikdə dərhal həmin sahənin lokallaşdırılmasına və ölkənin fasiləsiz enerji təminatına imkan verəcək. "Qobu" Elektrik Stansiyasının istifadəyə verilməsi iqtisadi baxımdan həm ölkənin elektrik ixrac potensialını artıracaq, həm də elektrikin nəqlində itkiləri azaldacaq. Bu stansiynın tikintisi həm də yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada 120 nəfər işlə təmin olunacaq. Ümumilikdə, 380 meqavat gücündə "Qobu" Elektrik Stansiyasının tikilməsi ölkəmizin iqtisadi inkişafına yeni rəng qatacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm