İndi özümüz də pis vəziyyətdə qalırıq - Deputat
Bizi izləyin

Nida Təhlil

İndi özümüz də pis vəziyyətdə qalırıq - Deputat

“Rəsmi qərarla toy və yas mərasimlərinin keçirilməsi, 5 nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan edilib. Kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyi prinsipi mövcuddur, ona görə də kimsə imtiyazlı şəkildə digər vətəndaşlardan fərqlənəcək addımlar atmamalıdır. Toydan yayılan kadrlarda həmin tədbirin qapalı məkanda keçirildiyi və xeyli adamın da iştirak etdiyi görünür ki, bu da aşkar şəkildə karantin qaydalarının pozulmasıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məlisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, illərdir dövlət aparatında rəhbər vəzifələr tutan, digər ictimai-siyasi vəzifələr daşıyan şəxslərin bu dərəcədə səhlənkar davranışı onu təəccübləndirib: “Halbuki açıq məkanda və olduqca məhdud sayda insanla, dəbdəbəsiz, təmtəraqsız belə bir tədbiri keçirmək imkanları mövcud idi. İndi sıravi vətəndaşların haqqı var ki, onların toy və ya yas mərasimlərinə qarşı məhdudiyyətlərin tətbiq olunmasına öz etirazlarını ortaya qoysunlar. Aylardır bizlər mediadan vətəndaşlara çağırış edirik ki, karantin qaydalarına əməl etsinlər, indi özümüz də pis vəziyyətdə qalırıq ki, dövlət həyatında əhəmiyyətli postlar tutan bir qrup insan bu qaydaları özləri pozurlar. İstər Ramiz Mehdiyevin, istər deputat həmkarım Siyavuş Novruzovun, istərsə də o toyda iştirak edən vəzifəli şəxslərin bu kimi davranışları hüquqi məsuliyyət yaratmaqla yanaşı, vətəndaşlarımız tərəfindən haqlı olaraq ictimai qınaqla qarşılaşacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm